Mirvari Qəhrəmanlı: Bizim bir sifətimiz var – mübarizəmiz davam edəcək

19D8005B-7D31-42FD-A697-3F31FB947C65_mw1024_s_n
“Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı artıq 18 ildən çoxdur fəaliyyət göstərir. Təşkilat indiyədək belə reaksiyaya rast gəlməyib”. Bu barədə sözügedən təşkilatın rəhbəri Mirvari Qəhrəmanlı Obyektiv televiziyasına (www.Obyektiv.tv) bildirib.

Hüquq müdafiəçisinin sözlərinə görə, iyulun 8-də Nəsimi rayon Məhkəməsinin qərarı ilə rəhbərlik etdiyi təşkilatın, həm də onun depozit bank hesabına həbs qoyulub. “Biz apellyasiya şikayəti verdik, lakin məhkəmə əsaslandırmadan, bank hesabıma hansı səbəbdən həbs qoyulmasını izah etmədən, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxladı. Biz hüquq-mühafizə orqanlarından nə məktub, nə də sorğu almamışıq. Səbəbləri ilə bağlı bu gün də xəbərimiz olmadığı halda, bank hesablarına həbs qoyublar”, deyə Qəhrəmanlı bildirib.

O, qızı, “Qadın” Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın jurnalist Rauf Mirqədirova qarşı Ermənistanın xeyrinə casusluq ittihamı ilə bağlı istintaqda dindirildiyini bildirib. “Məndə təəccüb yarandı. “Qadın” Krizis Mərkəzi hara, Rauf bəyin olmayan işdə ittiham edildiyi məsələ hara? Mayın 1-də gecə saat 22-dək Mətanət prokurorluqda istintaq qrupu tərəfindən 10 saat sorğu-sual edilir. Mayın 2-də isə müstəntiqin Mətanətlə sorğusu təzyiq xarakteri daşıyıb, hətta onun yeganə bir övladı olduğu xatırladılıb. Müstəntiq deyib ki, sən şahiddən təqsirləndirilən şəxsə çevrilə bilərsən. Ondan hansısa sənədlərə qol çəkmək tələb olunub. Hansı ki, bu sənədlərdən Mətanətin xəbəri olmayıb. O, qol çəkməyib”.

Mətanət Əzizova mayın 2-də gecə ölkəni tərk edib. “Düşünürəm ki, Mətanət ölkədə olsa idi, həmin sənədə imza atsaydı, mənim üçün bir qədər asan olardı, bir az yüngül cəza tətbiq edərdilər. Bu, Mətanətə görə aldığım bir cəzadır. Bir də, bizim təşkilat iri transmilli korporasiyaların dilimizə, qanunlarımıza hörmət etməsi üçün mübarizə aparır. Neft sektorundakı korrupsiya, ictimai vəsaitlərin xərclənməsində şəffaflıq yaradılması ilə bağlı mübarizə aparır”.

O, məhkəmələrə şikayət etdiyini deyib. “İki məhkəmə işimiz var. Nəsimi rayon Məhkəməsinin qərarını əsas olmadan Apellyasiya Məhkəməsi təsdiq etdi. Hazırda mən və bir çox QHT-lər Avropa Məhkəməsinə şikayət etməyə hazırlaşır. Mən inanıram ki, Avropa Məhkəməsi şikayətimizi təmin edəcək. Amma istərdim ki, kompensasiyaları hökumət deyil, qərəzli qərar qəbul edən hakimlər ödəsin”.

Hüquq müdafiəçisi ictimaiyyətə bildirir ki, mübarizəsini davam etdirəcək. “Bizim bir sifətimiz var. Təşkilatımızı ləğv etsələr belə, hüquqların müdafiəsi sahəsində mübarizəmizi davam etdirəcəyik. Hökumətdən isə xahiş edərdim ki, dayansınlar. Son 3-4 ay ərzində qeyri-peşəkar məmurlar, hüquq-mühafizə sistemi ölkəyə çox böyük zərbə vurub. Nüfuzumuzu itirməyə başlamışıq. Mən çox xəcalət çəkdim, Belarus hüquq müdafiəçisi dedi ki, “Belarusu Azərbaycana döndərməyin”. Burada mən çox xəcalət çəkdim. İstərdim ki, beynəlxalq həmkarlarımın qarşısında pis qərar çıxaran hakim kimi başımı sinəmə söykəməyim”, deyə o qeyd edib.

329 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Mirvari Qəhrəmanlı: Bizim bir sifətimiz var – mübarizəmiz davam edəcək

31 Temmuz 2014

By
@
backtotop