Leyla Yunusun həbs edilməsinə Milli Şuranın etiraz bəyanatı

073100085581
Bu gün – 30 iyul 2014-cü ildə tanınmış hüquq müdafiəçisi, məşhur ictimai xadim, Sülh və Demokratiya İnstitutunun direktoru, Demokratik Qüvvələrin Milli Şurasının və onun Koordinasiya Mərkəzinin üzvü Leyla xanım Yunus Nəsimi rayon məhkəməsinin hökmü ilə həbs olunub. Leyla xanım Milli Şuranın saat 12-yə təyin etdiyi “Azərbaycanın narkotrafik marşrutuna çevrilməsi” adlı ictimai dinləmədə saxta narkotik ittihamı ilə həbs olunan ictimai fəallar barədə məruzə etməli idi. Lakin Leyla xanım tədbirə gəlmək üçün evindən çıxanda hüquq mühafizə orqanları tərəfindən zor tətbiq edilməklə Baş Prokurorluğa aparılmış və günün ikinci yarısı Nəsimi rayon məhkəməsində onun haqqında həbs qəti imkan tədbiri seçilmişdir. Leyla Yunusa qarşı dövlətə xəyanət (274-cü maddə), vergi ödənişindən yayınma (213-cü maddə), qanunsuz sahibkarlıq (192-ci maddə), sənədlərin saxtalaşdırılması (320-ci maddə), böyük ölçüdə fırıldaqçılıq (178.3.2) ittihamlar irəli sürülüb. Təəssüf hissi ilə qeyd edirik ki, kriminallaşmış hakimiyyət orqanlarının bunları etməsi gözlənilən idi.

Leyla xanım son 25 il ərzində Azərbaycanda vətəndaşın iradəsinə və demokratik dəyərlərə söykənən azad bir dövlət yaradılması uğrunda bütün fədakarlıqları göstərmiş bir ictimai xadimdir. Amma vergi sistemi başdan-başa cinayəti içində olan bir rejim belə bir ictimai xadimi vergidən yayınmaqda ittiham edir. Sahibkarıq məsələlərinə heç bir aidiyyəti olmayan, ömrü boyu şərəflə hüquq müdafiəçisi kimi çalışan bu fədakar insan “qanunsuz sahibkarlıq” fəaliyyəti ilə məşğul olmaqda ittiham edilir. Ən gülməlisi odur ki, Leyla xanım kimi nəcib bir insan “böyük ölçüdə fırıldaqçılıq” ittihamı ilə həbsə alınır. Yeri gəlmişkən, Azərbaycanla bağlı “böyük ölçüdə fırıldaqçılıq” əməli məhz Avstriya məhkəməsində araşdırılır və bu günə qədər böyük həcmdə dövlət vəsaitinin mənimsənilməsi faktı ilə bağlı heç kəs cəzalandırılmayıb. “Böyük ölçüdə fırıldaqçılıq” əməli Azərbaycandan keçib Gürcüstan ərazisində tutulmuş 3 tona yaxın narkotik qaçaqmalçılığıdır ki, hələ də heç bir rəsmi dövlət qurumu bu barədə açıqlama verə bilmir. Ən maraqlısı odur ki, Fransa Fəxri Legion ordeninin kavaleri olan Leyla xanıma qarşı tətbiq edilən bütün bu qanunsuzluqlar Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə başçılıq etdiyi bir mərhələdə baş verir. Leyla Yunus İkinci dünya müharibəsi başa çatdıqdan sonra Fəxri Legion ordunun yeganə kavaleridir ki, qurama “dövlətə xəyanət” ittihamı ilə həbs edilir.

Yuxarıda qeyd edildiyi kimi, Leyla xanım Milli Şuranın və onun Koordinasiya Mərkəzinin üzvüdür, onun həbsi həm də Milli Şuraya qarşı başlanmış repressiyaların tərkib hissəsidir. Son 2 ayda MŞ-nın toplantıları Leyla xanımın ofisində keçirilirdi və görünür bu da hakimiyyəti qəzəbləndirən hadisələrdən biri olmuşdur. Üç aya yaxın hakimiyyətin hər cür təzyiq və təhdidlərinə qarşı yorulmadan mübarizə aparan bu böyük humanizm fədaisi sözün tam mənasında cəmiyyətə bir nümunə verdi: qorxmazlıq nümunəsi, fədakarlıq nümunəsi, diktatura rejiminə qarşı ardıcıl mübarizə nümunəsi.

Zaman-zaman siyasi mülahizələrlə həbs edilmiş bütün siyasi məhbusların, vicdan məhbuslarının azadlığa çıxmasında onun misilsiz xidmətləri olmuşdur. Bu gün də siyasi və vicdan məhbuslarının ən dolğun və obyektiv siyahısını məhz Leyla Yunus hazırlamış və beynəlxalq təşkilatlara göndərmişdir. Lakin indi o, özü vicdan məhbusudur və ölkənin bütün vicdanlı adamları onun yanında olmalıdır. İndi Lelya xanım özü siyasi mülahizələrlə həbs olunub və müdafiə etdiyi siyasi məhbuslar sırasındadır. Milli Şura bütün qanunu vasitələrlə Leyla Yunusu hakimiyyətin qanunsuz repressiyalarından qorumağa çalışacaq və bütün vasitələrlə onu müdafiə edəcək. Biz onun dərhal azad olunmasını tələb edirik.

Demokratik Qüvvələrin Milli Şurası

30 iyul 2014-cü il

268 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Leyla Yunusun həbs edilməsinə Milli Şuranın etiraz bəyanatı

31 Temmuz 2014

By
@
backtotop