Leyla Yunus açıq şəkildə izləndiyini bildirib

view_IMG_0579t31052014
Saat 17.00-a yaxın içərisində naməlum şəxslərin olduğu üç avtomobil Leyla Yunusun yaşadığı binanın həyətini tərk edib.

* * *

Saat 16.30-da Arif Yunus Turan agentliyinə bildirib ki, içərisində mülki geyimli şəxslərin olduğu daha üç avtomobil evin həyətinə gəlib. A.Yunus hansısa aksiyanın hazırlandığını hesab edir.

* * *

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus bildirib ki, ailəsi açıq şəkildə izlənilir.

Onun sözlərinə görə, iyulun 29-da saat 14:40-a N.Nərimanov prospekti, 125 ünvanda yerləşən evinin həyətinə içərisində iki nəfər idman cüssəli şəxsin olduğu “Niva” avtomobili (nömrəsi 10 FZ 120) gəlib. Onlardan biri maşında əyləşib, digəri həyətdədir. L.Yunusun həyat yoldaşı A.Yunus ərzaq almaq üçün mağazaya gedərkən avtomobil açıq şəkildə onu müşayiət edib.

L.Yunus hesab edir ki, əgər indiyədək izləmə gizli aparılırdısa, bu gün artıq açıq şəkildə izləmə başlanıb.

L.Yunus aprelin 28-də hakimiyyət tərəfindən açıq təzyiqlərə məruz qalıb. Aprelin 28-də ona və həyat yoldaşına Fransaya getməyə icazə verilməyib. Onların pasportları və bəzi sənədləri götürülüb. Baş Prokurorluq tərəfindən mənzillərində və ofisdə axtarış aparılıb. L.Yunus qanunsuz götürülmüş pasportlar qaytarılmayana qədər prokurorluğa ifadə verməkdən imtina edir.

Yunusovların nədə ittiham olunduqları indiyədək məlum deyil. Belə ki, onlara qarşı rəsmi ittiham irəli sürülməyib.

Məlumdur ki, L.Yunus bütün siyasi məhbusların azad edilməsi üçün mübarizə aparır və erməni hüquq müdafiəçiləri ilə birlikdə “xalq diplomatiyası” xətti üzrə birgə layihələr həyata keçirir.

292 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Leyla Yunus açıq şəkildə izləndiyini bildirib

30 Temmuz 2014

By
@
backtotop