Anar Məmmədli SMDT-nin rəhbəri seçilib

img1598708
İyulun 24-də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) Ümumi Yığıncağı keçirilib. Ümumi Yığıncaqda SMDT-nin İdarə Heyətinə yeni üzvlər seçilib. Yığıncaqda Anar Məmmədli yenidən SMDT-nin sədri, Bəşir Süleymanlı və Samir Kazımlı isə sədr müavinləri seçiliblər. Bu barədə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, SMDT Azərbaycanda azad, ədalətli və şəffaf seçkilərin keçirilməsi, vətəndaş cəmiyyəti və demokratiyanın inkişafı sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatıdır. SMDT 1 dekabr 2008-ci ildə, qeydiyyatı ləğv edilmiş Seçki Monitorinq Mərkəzinin (SMM) bazası əsasında təsis olunub. SMM 2001-ci il 24 iyulda təsis edilib. 14 may 2008-ci ildə isə SMM-in qeydiyyatı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qanunsuz iddiası əsasında Xətai rayon Məhkəməsi tərəfindən ləğv edilib. SMDT 2009-cu ildə Ədliyyə Nazirliyinə qeydiyyat üçün müraciət etsə də, bu müraciət təmin edilməyib və SMDT məhkəməyə birləşmək hüququnun pozulması iddiası üzrə şikayət edib. Ancaq daxili məhkəmlər SMDT-nin şikayətini təmin etmədiyi üçün Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib.
SMDT (keçmiş SMM) 2001-ci ildən Azərbaycanda keçirilən əlavə və təkrar parlament və bələdiyyə seçkilərini, referendum, parlament, prezident və bələdiyyə seçkilərini müşahidə edib. SMDT ümumilikdə 12 seçkinin monitorinqini həyata keçirib. Seçkilərin monitorinqi ilə bağlı SMDT indiyədək 13000 nəfərdən artıq vətəndaşa 600-dən çox təlim keçib və onların seçki komissiyalarında akkreditə olunmalarına hüquqi-texniki yardım göstərib. SMDT seçkilərin monitorinqini seçkilərin bütün mərhələləri üzrə uzunmüddətli qaydada həyata keçirir.
SMDT seçkilərarası dövrdə vətəndaşların dövlət idarəetməsində fəal iştirakına nail olmaq üçün Vətəndaş Forumları, Seçicilərin Məhəlli Görüşləri, İctimai Müzakirələr həyata keçirib. SMDT yarandığı dövrdən başlayaraq qanunvericilik təşəbbüsləri ilə çıxış edib. Seçki sistemi və Seçki Məcəlləsinin təkmilləşdirilməsi ilə bağlı SMDT-in hazırladığı təkliflər və hesabatlar dəfələrlə yerli və beynəlxalq ictimaiyyətə təqdim olunub. SMDT 9 oktybar 2013-cü il prezident seçkisini də müşahidə edib və müşahidənin nəticələrinə uyğun olaraq sənədlər yayıb.
SMDT ATƏT-ə üzv olan ölkələrin QHT-lərini birləşdirən Seçkilərin Monitorinqi Təşkilatlarının Avropa Şəbəkəsinin (ENEMO), Şərq Tərəfdaşlıq ölkələri Vətəndaş Cəmiyyəti Forumu, Parlament Monitorinq Təşkilatları Şəbəkəsi (PMO) və Demokratik Seçkilər üzrə Avropa Platformasının (EPDE) üzvüdür.

Xatırladaq ki, mayın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə SMDT-nin rəhbəri Anar Məmmədli 5 il 6 ay, Bəşir Süleymanlı isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Yerli və beynəlxalq hüquq müdafiəçilərinin fikrincə, onların həbs olunmasının əsl səbəbi SMDT-nin fəaliyyəti, seçkiləri müşahidə edib rəy vermələri, xüsusilə də 2013-cü ilin oktyabrında keçirilmiş prezident seçkiləri zamanı ciddi qanun pozuntularına yol verilməsi haqda rəy vermələridir. Yerli və beynəlxalq ictimaiyyət onların dərhal azad edilməsini istəyir.

224 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Anar Məmmədli SMDT-nin rəhbəri seçilib

25 Temmuz 2014

By
@
backtotop