“Müsavatçı gəncin həbsi Azərbaycanın beynəlxalq imicini aşağı salır” – ADİHİ

İyul ayının 23-də Müsavat Gənclər Təşkilatının MTK-nın sədri Fərəc Kərimli polis əməkdaşları tərəfindən həbs olunub. DİN-in açıqladığı məlumatda Fərəc Kərimlinin üzərindən narkotik maddə aşkar olunduğu iddia edilir.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu olaraq bildiririk ki, ictimai-siyasi fəal gənclərin narkotik ittihamı ilə həbs edilməsi arzuolunmaz bir ənənəyə çevrilib və bu, cəmiyyətdə hüquq-mühafizə orqanlarına etimadı azaldır. İyulun 17-də Fərəc Kərimlinin qardaşı Sirac Kərimlinin iş yerində həbs edilməsi və ona məxsus fərdi kompüterin polis əməkdaşları tərəfindən müsadirə edilməsi narahatçılıq doğurur və bu həbslərin Fərəc və Sirac Kərimli qardaşlarının ictimai-siyasi fəaliyyəti ilə bağlı olduğu qənaətini ortaya qoyur.

ADİHİ olaraq, müsavatçı gənc fəal Fərəc Kərimlinin həbsini diqqətdə saxlayırıq və 22 Sentyabr tarixində Varşava şəhərində keçiriləcək ATƏT-in beynəlxalq toplantısında avropalı diplomatları bu barədə məlumatlandıracayıq.

Azərbaycanın beynəlxalq imicini aşağı salan bu kimi halların ədalətli araşdırılması üçün Azərbaycan hakimiyyətinə müraciət edir və ictimai-siyasi fəal gənclərə qarşı bu cür hərəkətlərin dayandırılmasını istəyirik.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu
25 İyul 2014-cü il, Bakı şəhəri

314 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

“Müsavatçı gəncin həbsi Azərbaycanın beynəlxalq imicini aşağı salır” – ADİHİ

25 Temmuz 2014

By
@
backtotop