Müsavatçı 3 ton heroinlə bağlı iş üzrə tənqidi fikirlərinə görə saxlanılıb

EB228D7E-AF56-4BC6-8E28-5D06CF94DA89_mw1024_mh1024_s
Ötən gün saxlanılan Müsavat Partiyası gənclər təşkilatının sədr müavini Fərəc Kərimli sosial şəbəkələrdə psixotrop maddələrin təbliğində təqsirli bilinir. Bu barədə Turan-a DİN mətbuat xidmətinin şöbə müdiri Orxan Mansurzadə bildirib.

Onun sözlərinə görə, Fərəc Kərimli operativ məlumat əsasınsda polis əməkdaşları tərəfindən saxlanılıb. Baxış zamanı üzərindən narkotik maddə tapılıb.

Xatırladaq ki, F.Kərimli iyulun 23-də anasını müalicə üçün Bakı Sağlamlıq Mərkəzinə apararkən saxlanılıb. Gənc reanimasiya şöbəsinin qarşısında saxlanılıb.

Müsavat Partiyasının şöbə müdiri Elman Fəttahın sözlərinə görə, F.Kərimlinin harada saxlandığı hələlik məlum deyil.

O, F.Kərimlinin sosial şəbəkələrdə psixotrop maddələri təbliğ etməsini “absurd” adlandırıb.

“Əslində DİN etiraf edir ki, gəncin həbsi onun sosial şəbəkələrdəki fəaliyyəti ilə bağlıdır. F.Kərimli 3 ton heroinin Azərbaycandan tranziti və Gürcüstanda saxlanması barədə yazmışdı”, – E.Fəttah vurğulayıb.

Öz növbəsində Müsavat Partiyasının lideri İsa Qəmbər özünün Facebook səhifəsində yazıb:

“Müsavatçı gənc Fərəc Kərimovun həbsi avtoritar Əliyev rejimi ilə demokratik qüvvələr arasında mübarizənin həlledici mərhələyə daxil olmasının daha bir sübutudur. Biz haqq və ədalət, azadlıq və ləyaqət yolunda olduğumuz üçün qələbə bizimlə olacaq. Avtoritar rejimlərin məğlubiyyəti qaçılmazdır və Əliyev rejimi də məğlubiyyətə məhkumdur. Müsavatın, demokratik qüvvələrin, gənclərin qələbəsi labüddür və bu qələbənin qarşısını heç bir qüvvə ala bilməz. Kim nə deyir desin, özünüzə və yolumuza bir an belə şübhə etməyin, gənclər!”.

Xatırladaq ki, bir neçə gün əvvəl Gürcüstan hakimiyyəti Azərbaycandan daşınan 3 ton maye heroin tutub. Rəsmi Bakı belə yükün bütün ölkə boyunca maneəsiz necə hərəkət etməsi barədə suala cavab verə bilməyib. Bunun əvəzinə güc qurumları belə bir şeyin olmadığını bildirirlər.

274 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Müsavatçı 3 ton heroinlə bağlı iş üzrə tənqidi fikirlərinə görə saxlanılıb

24 Temmuz 2014

By
@
backtotop