Əli Həsənov: “Qırmızı Xaç tənqiddən nəticə çıxardı”

publika.az1395065308Əli_Həsənov_PA-01debatdan dnasdfgh5 (1)ali hasanov
Beynəlxalq Qırmızı Xaç Komitəsi tənqiddən nəticə çıxararaq Kəlbəcərdə azərbaycanlı girovların tutulması ilə bağlı əməli addımlar atıb.

Bu gün BQXK bununla bağlı Azərbaycan hökuməti ilə birgə bəyanatla çıxış edəcək.

Bu barədə baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Ağdam rayonunun ermənilər tərəfindən işğalının 21-ci ildönümü ilə bağlı anım mərasimində bildirib.

O, Kəlbəcərdə saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin təxribatçı olması barədə erməni tərəfinin ittihamlarını rədd edib.

Ə.Həsənov qeyd edib ki, Onlar Kəlbəcərə bir neçə dəfə gediblər. İstəsəydilər, elə o vaxt gedəndə hansısa hadisələr törədərdilər.

“Kəlbəcərdə 17 yaşlı bir oğlan ölüb. Cinayət işini aça bilmirlər, onların üstünə yıxırlar. Belə çıxır ki, açılmayan nə qədər cinayət varsa, yıxacaqlar həmin azərbaycanlıların üstünə”, – o vurğulayıb.

Ə.Həsənovun sözlərinə görə, Cenevrə Konvensiyasına uyğun olaraq müharibə aparan ölkələrin girov və mülki şəxslərlə davranış qaydaları var: “Hadisədən neçə gün keçib, nə üçün Ermənistan tərəfi BQXK-ya azərbaycanlı girovlarla görüşməyə imkan vermir? Çünki başlarına min oyun açırlar, işgəncələr verirlər, iynə vururlar, bədənlərinə min cür şey yeridirlər”.

O, Kəlbəcərdə girov götürülmüş azərbaycanlılardan birinin öldürülməsi ilə bağlı Azərbaycan hökumətinin Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə birlikdə bu gün birgə bəyanat yayacağını da qeyd edib.

Ə. Həsənov bildirib ki, BQXK-ya edilən ciddi xəbərdarlıqdan sonra təşkilat əməli fəaliyyətə keçib: “Artıq onlar da bundan nəticə çıxarıblar. Bu gün yayılacaq bəyanat da həmin fəaliyyətin nəticəsi kimi dəyərləndirilə bilər”.

Qeyd edək ki, bu gün BQXK ofisinin qarşısında etiraz aksiyası keçirilib. Aksiyanın təşkilatçılarından biri, İrəvan Azadlıq Təşkilatının rəhbəri Təbriz Musayev Turan-a bildirib ki, piketçilər “Kəlbəcər partizanları”nın azadlığa buraxılmasını tələb ediblər. Onlar əllərində “Öz torpağında girov düşənlərə azadlıq!”, “Dilqəm və Şahbaza azadlıq!”, “Qırmızı Xaç, ya işləyin və çıxın gedin!” sözləri yazılmış plakatlar tutublar.

Ə.Həsənovun bəyanatı və etiraz aksiyası ilə bağlı BQXK-dan şərh almaq mümkün olmayıb.

162 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Əli Həsənov: “Qırmızı Xaç tənqiddən nəticə çıxardı”

23 Temmuz 2014

By
@
backtotop