Facebook fəalı Abdulla Əbilovun apellyasiya şikayətinə baxılmasına başlanıb

072100084760
Bu gün Bakı Apellyasiya Məhkəməsind Vüqar Məmmədovun sədrliyi ilə facebook fəalı, narkotik ticarəti ittihamı ilə 5,5 il müddətinə azadlıqdan məhrum edilmiş 32 yaşlı Əbdül Əbilovun şikayəti üzrə hazırlıq iclası keçirilib.

Apellyasiya şikayətində biridinci instansiya məhkəməsinin qərarının ləğv olunması və bəraət hökmü çıxarılması xahişi yer alır.

Məhkumun qohumu Şəhriyar Əbilovun Turan-a verdiyi məlumata görə, iclasdan əvvəl Ə.Əbilov kriminal avtoritetlərin tərəfdarları arasında baş vermiş insidentlə əlaqədar məhbusların saxlanıldığı otaqda sıxılmış gözyaşardıcı qazdan zərər çəkib.

Əbilov iclas zalına gətirildikdə gözləri tamamilə qırmızı idi, sol əli xəsarət almışdı.

Müdafiə tərəfi apellyasiya şikayətinə təkrar məhkəmə istintaqı keçirilməklə baxılması haqqında vəsatət qaldırıb.

Məhkəmə vəsatəti təmin etməyib və işə mahiyyəti üzrə baxılmasını avqustun 4-nə təyin edib.

Lakin Əbilov Apellyasiya Məhkəməsinin hazırlıq iclasının qərarından kassasiya şikayəti vermək niyyətindədir. Bu halda apellyasiya şikayətinə baxılması qeyri-müəyyən müddət üçün təxirə salınacaq.

Xatırladaq ki, Əbilov 22 noyabr 2013-cü ildə Yasamal rayonunda öz evinin yaxınlığında DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin (MCMİ) əməkdaşları tərəfindən saxlanılıb.

Saxlanılarkən guya onun cibindən içərisində 2,679 qr heroin olan sellofan paket tapılıb, kirayə tutduğu evdə isə 4,677 qr heroin tapılıb. Məhkəmədə gənc bildirib ki, siyasi motivlərlə və facebookda fəallığına görə həbs edilib. Hüquq müdafiəçiləri Əbilovu siyasi məhbus hesab edirlər.

299 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Facebook fəalı Abdulla Əbilovun apellyasiya şikayətinə baxılmasına başlanıb

21 Temmuz 2014

By
@
backtotop