İmişlidə yerli fəala hücum olub

071900084655
Vətəndaş cəmiyyəti fəalı, “Kür” qərargahının üzvü Məhbub Zülfüqarlı iyulun 19-da İmişli rayon mərkəzində hücuma məruz qalıb.

İmişli rayon polis şöbəsinə təqdim etdiyi bəyanatda Zülfüqarlı bildirib ki, səhər saat 10 radələrində yerli sakin Əlimuxtar Həsənov heç bir səbəb olmadan onu senzuradankənar sözlərlə təhqir etməyə başlayıb və vurmağa başlayıb. Həsənov Zülfüqarlıdan yerli məmurlardan yuxarı səviyyədəki orqanlara şikayət etməyə son qoymağı tələb edib. Yalnız şahidlərin müdaxiləsindən sonra hücumçu geri çəkilib. Hadisə yerli poçtamtın izləmə kameraları tərəfindən qeydə alınıb.

Zülfüqarlı rayon polis rəisinin müavini İntizar Mirzəyevə gələcəkdə belə bir təxribatın qarşısının alınması üçün tədbirlər görmək xahişi ilə müraciət edib.

Bu, digər vətəndaşlarla birlikdə 2010-cu il Kür daşqınından əziyyət çəkmiş insanların hüquqları uğrunda mübarizə aparan fəalın başına gələn ilk hadisə deyil. Zülfüqarlı həmçinin dəfələrlə mərkəzi dövlət orqanlarına yerli məmurların özbaşınalığından və korrupsiyasından şikayət edib.

Hökumətin daşqının nəticələrinin aradan qaldırılması üçün ayırdığı 460 mln. manatdan çox vəsaitin böyük hissəsi məmurlar tərəfindən mənimsənilib. “Kür” vətəndaş cəmiyyəti qərargahı birdəfəlik kompensasiyaların verilməsi, evlərin, infrastrukturun tikintisi zamanı vəsait oğurlanmasını qeydə alıb. Bir çox məsələlər hələ də həllini tapmayıb.

130 ailə Fövqəladə Hallar Nazirliyinə, Meliorasiya və Su Təsərrüfatı ASC-yə, habelə yerli icra hakimiyyəti orqanlarına qarşı iddia ilə məhkəmələrə müraciət edib.

Xatırladaq ki, 2010-cu il daşqınından Kürətrafı 8 rayon ziyan çəkib, burada 100 min ha-dan çox torpaq sahəsi, 20 mindən çox ev su altında qalıb.

265 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

İmişlidə yerli fəala hücum olub

19 Temmuz 2014

By
@
backtotop