Ələsgər Məmmədli: Azərbaycan Avropada nüfuzunu qorumaq üçün QHT-lərə əsassız hücumları dayandırmalıdır

F221AE2D-59E3-44C2-9B74-8343A4770F89_mw1024_s_n
“Azərbaycan prokurorluğu beynəlxalq təşkilatlarla bağlı araşdırmalara başladığı üçün bir sıra qeyri-hökumət təşkilatlarının bank hesablarını dondurub. Daha doğrusu prokurorluq istintaq aparır və QHT-lərin vəsaitlərinin həmin cinayətdə istifadə olunma ehtimalı olduğunu hesab edərək bank hesablarını dondurur”. Bu barədə media hüququ üzrə mütəxəssis Ələsgər Məmmədli Turan-a bildirib.

2014-cü il fevralın 4-də QHT, qrant, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə edilmiş əlavə qüvvəyə mindikdən sonra prokurorluq istintaqa başlayıb.

“Bununla yanaşı, hüquq-mühafizə orqanları hansı səbəbdən istintaqa başladıqları barədə ictimaiyyətə məlumat vermir. Amma istintaqın aparılması və ya bank hesabları dondurulması təşkilatların hansısa qanunsuzluğa yol verməsi kimi başa düşülməməlidir. Bu təşkilatların Ədliyyə Nazirliyində hüquqi qeydiyyatı var, qanunvericiliyə uyğun olaraq hesabatlar verir, vergi və sosial fonda vəsait ödəyirlər. Hökumət üçün fəaliyyətləri şəffafdır. Onların xərclədikləri pullara isə Mərkəzi Bank tərəfindən nəzarət olunur”, deyə Məmmədli bildirib.

Onun fikrincə, bu araşdırmalardan sonra “Azərbaycan daha inkişaf edib, beynəlxalq QHT-lərə daha ehtiyac yoxdur kimi qərarın verilməsi ehtimalı var. Bu, artıq siyasi qərar olacaq. Amma bu QHT-lərin fəaliyyətində sahələr üzrə kifayət qədər effektiv faydalılıq əlaməti var”.

Ekspert hesab edir ki, yerli QHT-lər beynəlxalq təşkilatlarla işlədiyinə görə onların bank hesabları dondurulur. “Məsələn KİV-ə, QHT-lərə və ya gənclərə dəstək fondlarından vəsait alan təşkilatlarla bağlı araşdırma yoxdur”.

Məmmədli mövcud cinayət işindən də danışıb. “Bu cinayət işi beynəlxalq QHT-lərə qarşı yönəlib və hətta Avropa Komissiyasının, Azərbaycanda ofisi olmayan Danimarkanın Mediaya Dəstək Təşkilatının, NDİ-nin və başqa təşkilatların adı keçir”.

Ekspert hesab edir ki, istintaqın müddəti olmalıdır. “Əgər istintaq apreldə başlayıbsa və iyul ayında bir nəticə yoxdursa, bu, təşkilatın fəaliyyətinin faktiki dayandırılması deməkdir. Vətəndaş cəmiyyətini bu cür fəaliyyətsiz qoymaq olmaz. Bu ölkənin imicinə ziyandır və strukturların hüquqa uyğun işləməsinə dair şübhələr yaradır”.

Məmmədli bildirib ki, Azərbaycan AŞ Nazirlər Kabinetinə sədrlik edən bir dövlət kimi Avropa dövlətləri arasında nüfuzunu qoruması üçün QHT sektoruna əsassız hücumları dayandırmalıdır. “Hökumət QHT sektoruna qarşı tolerant olmalıdır və dəstəkləməlidir, çünki QHT sektoru hökumət qurumlarının fəaliyyətinə ictimai nəzarəti həyata keçirir”.

Ekspert ölkədə açıq cəmiyyətin formalaşması üçün vətəndaş cəmiyyəti institutlarının güclənməsinə böyük ehtiyac duyulduğunu bildirib. “Azərbaycan Avropaya inteqrasiya yolunda olduğunu bəyan edir. İnteqrasiya isə azad və basqıya məruz qalmayan vətəndaş cəmiyyətinin nəzarəti derməkdir”.

Məmmədli həmçinin Azərbaycanda qanunvericilikdə qeyri-kommersiya strukturlarına nəzarətin kommersiya strukturlarından daha çox olduğunu deyib. “Qeyri-kommersiya institutları kiçik qrantlar, ianələr hesabın maliyyələşir və böyük nəzarətlə qarşılaşır. Böyük məbləğlərdə vəsaitləri olan kommersiya qurumlarına qarşı isə daha sadə nəzarət var”, deyə o qeyd edib.

198 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Ələsgər Məmmədli: Azərbaycan Avropada nüfuzunu qorumaq üçün QHT-lərə əsassız hücumları dayandırmalıdır

18 Temmuz 2014

By
@
backtotop