Mirvari Qəhrəmanlı ARDNŞ-i ittiham edən hesabat yaydı

BE9D6B70-93EF-411B-90AF-2D52CBE9E7FA_s
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi ölkənin neft sektorunda əmək qanunvericiliyinin icra vəziyyəti haqqında hesabat hazırlayıb.

2014-ci ilin 6 ayını əhatə edən hesabatın bir hissəsində deyilir:

-ARDNŞ-də struktur dəyişikliyi ilə əlaqədar işçilərin qanunsuz olaraq işdən azad olunması və əmək müqavilələrinin ləğv edilməsi halları daha çox müşahidə olunmuşdur.

Bizim informasiyamıza əsasən ARDNŞ tərəfindən bu əsasla işdən azad olunan işçilərin sayı 6 000 nəfərə yaxın olmuşdur. İxtisarlardan daha çox təqaüd yaşına çatmış, uzun illər təcrübəsi olan, lakin arxasız və qohumsuz insanlar daha çox əziyyət çəkmişdir

Neft sahəsində fəaliyyət göstərən müəssisələrdə istehsalatda baş verən bədbəxt hadisələr qeydə alınmayıb və müxtəlif yollarla gizlədilməsi halları müşahidə olunmmuşdur.

ARDNŞ-də və xarici neft şirkətlərində əmək xəsarəti ilə əlaqədar aylıq ödənc alan işçilərə kütləvi artımlar tətbiq olunmayıb.

ARDNŞ və xarici şirkətlərdə sistemli və işçilərin iradəsinin əlehinə olaraq müddətli Əmək müqavilələrinin bağlanması davam etdirilimişdir: 1, 2, 3, 6 ay və ya ən çoxu 1 il müddətinə.

ARDNŞ-də və xarici neft şirkətlərində müddətli əmək müqavilələrinin müddətinin bitməsi ilə əlaqədar əmək müqavilələrinə kütləvi surətdə xitam verilməsi davam etdirilmişdir.

Ölkənin hasilat sənayesində əmək qanunvericiliyinin pozulma halları müşahidə olunmuşdu. Məhz bunun nəticəsində yüzlərlə insanın haqqı pozulmuş, iş yerlərini itirmiş, xəsarət almış və ya faciəli surətdə həlak olmuşdur. Əməyin mühafizə qaydalarının pozulmasına görə hər il ARDNŞ-də və bu sahədə fəaliyyət göstərən neft müəssisələrində onlarla işçi əmək xəsarəti alır, peşə xəstəliyinə tutulur, müəssisədə partlayışlar və qəzalar baş verir. Keçən il belə böyük partlayışlardan biri Kompleks qazma trestində (Bulla sahəsində), bu ilin əvvəlində isə Bibiheybətneft NQÇİ-də olmuşdur. Bu cür hadisələrin baş verməsinə baxmayaraq heç bir İşəgötürən və ya vəzifəli şəxs inzibati və ya cinayət məsuliyyətinə cəlb olunmur. Habuki bu hadisələr nəticəsində hər il 50-dən çox insan əlil olur, ölür və dövlətə külli miqdarda ziyan dəyir.

Xarici şirkətlərdə ingilis dilini bilməyən işçilərə qarşı dillə əlaqədar diskriminasiya hallarına yol verilir və Azərbaycan dilli işçilərin bilik və peşəkarlığından asılı olmayaraq işə qəbulunda bununla əlaqəda problem yaranır.

Xarici şirkətlərdə əmək müqaviləsi istisna olunmaqla, gərgüzarlıq və sənədləşmə işləri Azərbaycan dilində deyil, ingilis dilində aparılır.

Xarici şirkətlərdə: əsas və birinci dil ingilis dili, rus dili isə ikinci dil hesab edilir

ARDNŞ rəhbərliyi tərəfindən Azərbaycan Respublikasının «Həmkarlar İttifaqı Haqqında» Qanunun 11–ci maddəsi mütamadi olaraq pozulur, yəni, müdüriyyətin təşəbbüsü ilə struktur bölməsinin ləğv edilməsi və iş yerlərinin ixtisarı zamanı Həmkarlar İttifaqı ən azı 3 ay qabaq xəbərdar edilməmiş və işçilərin mənafelərinin qorunması barədə Həmkarlar İttifaqı ilə danışıqlar aparılmamışdır.

Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (ARDNŞ) abreviaturası ingilis dilində yazılir. Yəni, ARDNŞ əvəzinə SOCAR yazılır. Bunu ARDNŞ prezidentinin və məsul işçilərinin çıxışlarında, mətbuatla görüşlərində, hətta ARDNŞ-nin veb səhifəsində də müşahuidə etmək olar .

ARDNŞ işçilərinin xidməti vəsiqələrində ARDNŞ deyil, SOCAR yazılır.

ARDNŞ-nin strukturuna daxil olan inzibati binaların qarşısında ARDNŞ deyil, SOCAR yazılır.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi yalnız neftçilərin və ya öz üzvlərinin hüquqlarını deyil, təşkilata müraciət edən hər bir şəxsin mülkiyyət, əmək, iqtisadi və sosial hüquqlarını müdafiə etmişdir(azadliq.info).

174 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Mirvari Qəhrəmanlı ARDNŞ-i ittiham edən hesabat yaydı

18 Temmuz 2014

By
@
backtotop