QHT rəhbərləri Prezidentə müraciət etdi – MƏTN

img1606311
İnterpress.az xəbər veri ki, müraciətdə Baş Prokurorluq, Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi kimi icra orqanlarının səyi ilə rəhbərlik etdiyimiz qeyri-hökümət təşkilatlarının fəaliyyəti iflic edildiyinə diqqət çəkilib: “Ölkəmizdə dövlət qeydiyyatına alınmış 3000 yaxın QHT-dən cəmi 20-25-i demokratiya və insan hüquqları sahəsində çalışır. Qrant almış milli QHT-in AR Ədliyyə Nazirliyinin saytında yerləşdirilmiş siyahısından da göründiyi kimi, qrantların illik məbləqinin cəmi 5-6% demokratiya və insan hüquqları sahəsində çalışan təşkilatlara ayrılır. Bununla belə məhz bu təşkilatların fəaliyyəti son 3-4 ay ərzində ciddi məhdudiyyətlərə məruz qalıb. Baş Prokurorluq və Ədliyyə Nazirliyi qanunlardan kənar tədbirlər tətbiq etməklə bu 20-25 QHT-in fəaliyyətini dayandırmağa nail oldular. Məsələn, “Qrant alınması (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması Qaydaları”nda qrant müqavilələrinin qeydiyyata alınmasından imtina nəzərdə tutulmadığı halda, AR Ədliyyə Nazirliyi bir sıra müstəqil QHT-in qrant müqavilələrini qeydiyyata almaqdan imtina edib. Bu zaman Ədliyyə Nazirliyi iki tərəf arasında bağlanmış müqavilənin məzmununa qanunsuz olaraq müdaxilə edir. Bundan başqa, bir sıra tanınmış QHT-in həm özlərinin, həm də rəhbərlərinin bank hesablarına məhkəmə qərarı ilə həbs və ya kimlərinsə şifahi göstərişi ilə məhdudiyyət qoymasıla həmin təşkilatların fəaliyyəti iflic edilib. Son günlərdə Vergilər Nazirliyi bu QHT-in bəzilərində yoxlamalara başlayıbdır. Göründiyi kimi müstəqil QHT-in fəaliyyətinə müdaxilə edilməsi hüquqi normalara əsaslanmayıb. Həm də bu müdaxilələrin yalnız müstəqil QHT-in fəaliyyətinə tətbiqi də bu problemlərin hüquqi məsələlər ilə əlaqəsinin olmadığını göstərir”.

Bütün bunları bəzi icra orqanlarının müstəqil QHT-ə qarşı basqılarını onların özbaşna təşəbbüsləri hesab edən müstəqil QHT-lər sənəddə prezidentin sözügedən qanunsuzluqların qarşısının alınmasına göstəriş verəcəyinə inamını ifadə ediblər.

Müraciəti Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi, Hüquqi Müdafiə və Maarifləndirmə Cəmiyyəti, Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti, Demorkatik Təsisatlar və İnsan Hüquqları İctimai Birliyi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı, İqtisadi Təşəbbüslərə Dəstək İctimai Birliyi, İqtisadi Tədqiqatlar Mərkəzi, Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsi, Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi, “Azad İqtisadiyyata Yardım” İctimai Birliyinin rəhbərləri imzalayıb.

263 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

QHT rəhbərləri Prezidentə müraciət etdi – MƏTN

18 Temmuz 2014

By
@
backtotop