Əmək bazarında durğunluq

071500084200
Hökumət I yarımildə ölkədə 65 min yeni, o cümlədən 52 min daimi iş yeri açıldığını bildirir. Amma rəsmi statistikaya görə, ilin əvvəlindən muzdlu işçi sayı cəmi 700 nəfər artıb.

2014-cü il iyunun 1-i üçün ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1510,8 min nəfər olub. Bu, bir ay öncəkindən 300 nəfər çoxdur.

Ay ərzində işçi qüvvəsi özəl sektordan dövlət sektoruna axıb. Əgər mayın 1-i üçün dövlət sektorunda 900,7 min nəfər çalışırdısa, bir ay spnra bu göstərici 905,2 min nəfər olub. Qeyri-dövlət sektorunda muzdla çalışan işçilərin sayı 609,8 mindən 605,6 min nəfərə azalıb.

2014-cü ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı ayda 1,4 manat artaraq 438,1 manat olub.

261 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Əmək bazarında durğunluq

15 Temmuz 2014

By
@
backtotop