Vəkil Elçin Sadıqov: “Emil Məmmədova qarşı cinayət işi boşa çıxır”

071500084172
Salyan rayon polis şöbəsində “Demokratiyaya yardım” qeyri-hökumət təşkilatının rəhbəri Emil Məmmədovun işi üzrə ilkin istindaq başa çatıb.

Vəkil Elçin Sadıqov Turan-a bildirib ki, mayın ortalarında E.Məmmədov həbs olunduqdan sonra onun barəsində heç bir istintaq hərəkəti aparılmayıb. Vəkil əmindir ki, cinayət işi Salyan rayon rəhbərliyinin sifarişi ilə saxtalaşdıırlıb. O, öz sözlərinə sübut kim deyib ki, iş üzrə 12 zərərçəkənin hamısı eyni gündə, aprelin 8-də polisə şikayət ediblər ki, bu da cinayt təhqiqatı üçün əsas olub.

Onlar əvvəlcə “Demokratiyaya yardım” qeyri-hökumət təşkilatının üzvü Tofq Qasımovdan şikayətləniblər. Sonradan altı zərərçəkən şikayətindən imtina edərək bildirib ki, şikayəti “hirsli” olarkən ediblər. Digər 6 zərərçəkən istintaqın sonunda E.Məmmədova qarşı ifadə verib. Onların özlərinə görə, guya T.Qasımov E.Məmmədovun adından onlardan pul alıb, İnternetdə onları aşağılayacaq materiallar yayacağı ilə hədələyib.

T.Qasımov təzyiq altında E.Məmmədovun əleyhinə ifadə verib. Sonra təzyiq altında müstəqil vəkil Əlaif Həsənovdan imtina edib. Hazırrda T.Qasımovu dövlət vəkili müdafiə edir.

E.Sadıqov əmndir ki, məhkəmə prosesi zamanı istintaqın versiyası boşa çıxacaq. Onun fikrincə, cinayət işinin sifarişçisi Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimovdur və E.Məmmədovu rayonda korrupsiya faktlarını ifşa etdiyinə görə cəzalandırmaq istəyirlər.

Vəkil diqqəti ona yönəldib ki, iş üzrə şikayətçilərin hamısı rayon idarələrinin rəhbərləridir – maliyyə idarəsi, telekommunikasiya müəssisəsi, su-kanal müəssisəsi və s, yəni, bütün şəxslər rayon rəhərliyinin tabeliyindədir.

Məhkəmə prosesi Lənkəran Ağır Cinayətlər Məhkəməsində olacaq.

* Demokratiyaya yardım” qeyr-hökumət təşkilatı cənub regionunda ən fəal vətəndaş cəmiyyəti institutlarından biridir. Onun rəhbəri E.Məmmdov dəfələrlə rayon hakimiyyəti strukturlarında korrupsiya faktlarını açıqlayıb, yerli sakinlərin hüquqlarnı müdafiə edib. Bütün bunlar yerli hakmiyyəti qıcıqlandırıb və fəala qarşı təqib kampaniyası başlayıb.

304 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Vəkil Elçin Sadıqov: “Emil Məmmədova qarşı cinayət işi boşa çıxır”

15 Temmuz 2014

By
@
backtotop