Pərviz Həşimlinin apellyasiya şikayəti təxirə salınıb

img1493292
İyulun 14-də Bakı Apellyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə silah qaçaqmalçılığı ittihamı ilə 8 il müddətinə həbs edilmiş “Bizim yol”qəzetinin jurnalisti və hüquq müdafiəçisi Pərviz Həşimlinin apellyasiya şikayəti üzrə ilkin baxış iclasından kassasiya şikayəti veriləcək.

Vəkil Bəhruz Bayramovun Turan-a verdiyi məlumata görə, ilkin baxışdan kassasiya şikayəti verilməsinə təkrar məhkəmə istintaqı haqda apellyasiya şikayətinə baxılmasından imtina edilməsi səbəb olub.

Proses qeyri –müəyyən vaxtadək təxirə salınıb.

* Pərviz Həşimli 2013-cü il sentyabrın 17-də MTN əməkdaşları tərəfindən həbs olunub.

Mayın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu 228.2.1 (qabaqcadan bir qrup şəxslə əlbir olaraq silah və hərbi sursatın qanunsuz əldə edilməsi, daşınması, satışı, saxlanması, gəzdirilməsi), 228.2.2 (həmin hərəkətlərin təkrar törədilməsi) və 206.3.2 (qabaqcadan bir qrup şəxslə əlbir olaraq qaçaqmalçılıq) madələri ilə təqsirli bilərək 8 il azadlıqdan məhrum edib. Bu iş üzrə keçən digər müttəhim Təvəkkül Qurbanov da həmin maddələrlə təqsirli bilinib, 8,5 il müddətinə azadlıqdan məhrum edilib.

296 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Pərviz Həşimlinin apellyasiya şikayəti təxirə salınıb

14 Temmuz 2014

By
@
backtotop