Müsavat həbs olunan hüquq müdafiəçisi barədə bəyanat yayıb

resizerMüsavat Partiyası bu gün barəsində 6 il həbs cəzasına məhkum edilmiş hüquq müdafiəçisi Həsən Hüseynlinin işinə dair bəyanat yayıb. Partiyanın mətbuat xidmətindən daxil olan bəyanatın mətninində deyilir:

“Hakimiyyət dairələri beynəlxalq birliyin, Azərbaycan ictimaiyyətinin tələblərinə məhəl qoymayaraq müxalifətə,fərqli düşünənlərə qarşı repressiya tədbirlərini davam etdirir.

Son dövrlərdə əsas hədəf kimi müəyyənləşdirilən vətəndaş cəmiyyətinin tanınmış nümayəndələrindən biri Həsən Hüseynlinin şərlənərək həbs edilməsi bu repressiya prosesının tərkib hissəsi kimi dəyərləndirilməlidir.

Həsən Hüseynli həyatını əsasən Azərbaycanda vətəndaş cəmiyyətinin qurulması naminə fəaliyyətə həsr etmiş səmimi bir ziyalı,azadlıq uğrunda yorulmaz mübariz kimi Gəncədə və bütün Azərbaycanda tanınır.Belə ziyalının ənənəvi uydurma “xuliqanlıq” ittihamı ilə həbs olunması,hakimiyətin cəmiyyətə meydan oxumasının bariz təzahürüdür.

Müsavat partiyası fərqli düşünənlərə qarşı repressiya tədbirlərinə son qoyulmasını, bütün siyasi məhbusların, o cümlədən Həsən Hüseynlinin dərhal azadlığa buraxılmasını,ona qarşı qondarma ittihamları təşkil edənlərin məsuliyyətə cəlb olunmasını tələb edir”.

233 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Müsavat həbs olunan hüquq müdafiəçisi barədə bəyanat yayıb

14 Temmuz 2014

By
@
backtotop