Reklam şirkətlərinin gəlirləri 22% artıb

gorsel-155
Dövlətstatkom 2013-cü ildə reklam şirkətlərinin gəlirlərini açıqlayıb. Ötən il reklama 57 mln manat xərclənib. Bu, 2012-ci ildəkindən 22% çoxdur.

DSK-ya görə, 2013-cü ildə gəlirlərin çoxu (34 mln manat) reklam planlanması, yaradılması və yerləşdirilməsinin payına düşüb – (+21,3%). Yer və vaxt satışı və icarəsindən gəlirlər 16,6 mln manat (36,3%), reklam materiallarının yayılması və çatdırılmasından gəlirlər 4,7 mln manat (+7%) olub.

Reklam şirkətlərinin xərcləri 55 mln 355 min manat təşkil edib. Xərc artımı gəlir artımına uyğundur. Reklam şirkətləri 3 681 min manat mənfəət əldə edib. Bu, 2012-ci ildəkindən 544 min manat çoxdur.

2013-cü ildə reklam şirkətləri istehlakçılarla 66 mln manatlıq 2 339 müqavilə bağlayıb. Əvvəlki illə müqayisədə müqavilə intensivliyi 9,7% artıb.

Bir neçə il əvvəl ən çox reklam televiziyada verilirdi. Son illər internetin payı artıb. Çap mətbuatının payı isə azalır. Nəqliyyatda reklam aktivləşib.

Azərbaycanın reklam bazarı qonşu ölkələrlə belə müqayisə edilə bilməz. Bu, özəl sektorda rəqabətin az olması ilə bağlıdır. Əhalisi azərbaycandan 2 dəfə az olan Gürcüstanda 2012-ci ildə reklam bazarının həcmi $54 mln olub.

336 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Reklam şirkətlərinin gəlirləri 22% artıb

12 Temmuz 2014

By
@
backtotop