NİDA fəalları kassasiya şikayəti verir

428049_371432786217663_100000528334449_1301134_726458350_n
Əfv ərizəsi imzalayan NİDA fəalı Şahin Novruzlu apellyasiya şikayətindən imtina etməyib və bəraət hökmündə israr edir. Bu barədə Turan-a onun vəkili Nemət Kərimli bildirib.

Novruzlu iyulun 11-də Bakı Apellyasiya Məhkəməsində Nida fəallarının bəyanatına baxılarkən iştirak edib. Bu zaman Novruzlu digər təqsirləndirilənlərlə eyni qəfəsdə olub və onlar arasında heç bir problem olmayıb.

Öz növbəsində, Məmməd Əzizovun vəkili Fariz Namazlı Turan-a bildirib ki, bütün təqsirləndirilən şəxslərin vəkilləri təkrar məhkəmə istintaqı keçirilməsi haqqında vəsatəti təmin etməyən BAM-ın qərarından kassasiya şikayəti vermək niyyətindədirlər.

Bununla əlaqədar olaraq məhkəmə iclası iyulun 18-nə qədər təxirə salınıb.

* 6 may 2014-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsi Şahin Novruzlu, Məmməd Əzizov, Bəxtiyar Quliyev, Rəşad Həsənov, Üzeyir Məmmədli, Rəşadət Axundov, Zaur Qurbanlı və İlkin Rüstəmzadə 10 mart 2013-cü il etiraz aksiyası zamanı kütləvi iğtişaşlar planlaşdırmaqda, qanunsuz olaraq partlayıcı maddə və narkotik saxlamaqda, habelə xuliqanlıqda təqsirli bilib və 6 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Sonradan Bəxtiyar Quliyev əfv ərizəsi yazıb və apellyasiya şikayətindən imtina edib. Xatırladaq ki, Amnesty İnternational bütün müttəhimləri “vicdan məhbusu” kimi tanıyıb.

141 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

NİDA fəalları kassasiya şikayəti verir

11 Temmuz 2014

By
@
backtotop