Müsavat Partiyası Goranboy rayon təşkilatının sədri saxlanıb

resizer
Müsavat Partiyası Goranboy rayon təşkilatının sədri Yusif Namazoğlu Ağcakənddə Xocalı rayon Polis Şöbəsinin əməkdaşı tərəfindən saxlanıb. O, hazırda polisdə izahat verir.

Namazoğlu Turan-a bildirib ki, həyat yoldaşı ilə birgə taksidə getdiyi zaman taksini yol polisi Rövşən Əkbərov saxlayıb. “Polis taksi sürücüsünün sənədlərinin düzgün olmadığını bildirib və bizim polisə getməli olduğumuzu deyib. O, ağır söyüşlərlə bizi təhqir edirdi və mən avtomobilin salonunda qadın olduğunu onun diqqətinə çatdırdım. Xahiş etdim ki, söyüş söyməsin və sürücü bizim əşyaları mənzil başına aparıb sonra polisə gəlsin. Bu zaman Rövşən Əkbərov mənə hücum çəkdi. O, bizi vurduğu halda polisə və prokurorluğa guya bizim ona tabe olmadığımız barədə məlumat verdi. Sonra bizi yol polisinə apardı. Onun otağına daxil olan kimi dərhal masasının üzərindəki sənədləri dağıtdı, yaxasının düymələrini açdı ki, guya biz ona təzyiq etmişik. İndi sahə müvəkkilinin yanında izahat verirəm”, deyə o Turan-a bildirib.

Y.Namazoğlu barələrində hansı tədbir görüləcəyindən xəbərsizdir. “Hazırda izahat verirəm və barəmizdə hansı tədbir görüləcəyini bilmirəm”, deyə o telefonla bildirib.

Namazoğlu güman edir ki, onu məhkəməyə aparacaqlar.

148 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Müsavat Partiyası Goranboy rayon təşkilatının sədri saxlanıb

11 Temmuz 2014

By
@
backtotop