Nəsimi Rayon Məhkəməsi Kəmalə Bənənyarlının prokurorluqdan şikayətini təmin etməyib

nesimi-rayon-mehkemesi (1)
Bu gün Nəsimi Rayon Məhkəməsi AXCP fəalı Kəmalə Bənənyarlının mayın 6-da Nəsimi polisində ona qarşı işgəncə faktı üzrə cinayət işinin qaldırılmasından imtina ilə bağlı prokurorluqdan şikayətini təmin etməyib.

Xatırladaq ki, K.Xəlilova (Bənənyarlı) mayın 6-da NİDA hərəkatının 8 fəalına qarşı çıxarılan hökmə etiraz aksiyası zamanı saxlanılıb.

Onun sözlərinə görə, Nəsimi Rayon Polis İdarəsində saxlanma zamanı işgəncə və təhqirlərə məruz qalıb. Növbəti gün Nəsimi Rayon Məhkəməsi onu 30 sutka inzibati həbsə alıb.

K.Xəlilovanın vəkili Əsabəli Mustafayev Turan-a bildirib ki, müdafiə tərəfi işgəncə faktı ilə əlaqədar prokurorluğa şikayət edib.

“Lakin Nəsimi Rayon Prokurorluğunun müstəntiqi Anar Adıyev tələsik təhqiqat apararaq cinayət işinin qaldırılmasından imtina edib”, – Ə.Mustafayev bildirib.

Müdafiə tərəfi bu qərardan Nəsimi Rayon Məhkəməsinə şikayət edib.

İşə iyulun 11-də hakim Elman İsayevin sədrliyi ilə baxılıb.

“Müstəntiqin araşdırmanı səthi aparmasına, şahid qismində Nəsimi polisinin siravi işçilərini dindirməsinə, bizim təklif etdiyimiz şahidləri dəvət etməməsinə baxmayaraq, hakim şikayəti təmin etməyib”, – vəkil bildirib.

Onun sözlərinə görə, müstəntiq “müəyyən edib” ki, Bənənyarlı ümumiyyətlə Nəsimi Rayon Polis İdarəsinə aparılmayıb.

“Lakin Xəlilova 4 fəal ilə birlikdə Nəsimi polisinin 22-ci bölməsinə aparılıb. Digərlərini geri qaytarıblar, Xəlilovanı orada saxlayıblar. O, kamerada bir qadınla qalıb. Biz təklif etdik ki, müstəntiq həmin qadını və digər saxlanılanları dindirsin. Bundan əlavə, rayon Polis İdarəsində hər yanda müşahidə kamerası var və onların qeydlərinə yenidən baxılmalıdır. Binəqədi təcridxanasında olarkən hər gün Xəlilovaya “təcili yardım” maşını gəlib və həkimlərin rəylərinə də baxılmaldır.

Müstəntiqin çıxışı zamanı həqiqətəuyğun olmayan faktları söyləməsinə etiraz etdiyinə görə K.Bənənyarlı məhkəmə zalından çıxarılıb və demək olar ki, işə onun iştirakı olmadan baxılıb.

Ə.Mustafayevin sözlərinə görə, məhkəmənin bu qərarından apellyasiya şikayəti veriləcək və sonda iş Avropa İnsan Hüquqları Məhkəməsinə çıxarılacaq.

143 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Nəsimi Rayon Məhkəməsi Kəmalə Bənənyarlının prokurorluqdan şikayətini təmin etməyib

11 Temmuz 2014

By
@
backtotop