Media təşkilatlarından baş redaktora dəstək gəldi

img1449642
Media Hüququ İnstitutu və Jurnalistlərin Həmkarlar İttifaqı Vilyam Hacıyevin Zabil Müqabiloğlunu həbs etdirmək israrını pislədilər

İmişli Rayon İvra Hakimiyyətinin başçısı Vilyam Hacıyev Gunxeber.com saytının baş redaktoru Zabil Müqabiloğlunu həbs etdirmək fikrindən daşınmayıb. İcra başçısı baş redaktoru növbəti dəfə xüsusi ittiham qaydasında məhkəməyə verdirib.

Baş redaktorun xüsusi ittiham qaydasında məhkəməyə verilməsində bu il aprelin 17-də sözügedən saytda İmişli təhsilindəki qanunsuzluqlarla bağlı dərc olunan yazı əsas götürülüb. Ona görə də İmişli Rayon Təhsil Şöbəsinin müdiri Ramiz Əmirov başçının tapşırığı ilə baş redaktor barəsində xüsusi ittiham qaydasında iddia qaldırıb. Z.Müqabiloğluna Nərimanov Rayon Məhkəməsindən zəng edərək deyilib ki, hazırlıq iclası iyulun 16-da keçiriləcək.

Bundan əvvəl də İmişli Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Süleyman Bəşirov V.Hacıyevin göstərişi ilə Nərimanov Rayon Məhkəməsində Z.Müqabiloğlu barəsində xüsusi ittiham qaydasında iddia qaldırmışdı.

Həmin iddiada əsas kimi götürülən məqalənin Nərimanov rayonuna heç bir aidiyyəti olmadığından, həmçinin Z.Müqabiloğlu bu rayonda yaşamadığından və işləmədiyindən, eləcə də iddia qüsurlu tərtib olunduğundan məhkəmə iddianı icraata götürmədi.
Z.Müqabiloğlu deyir ki, İmişli rayon Təhsil Şöbəsinin müdirinin redaksiyaya göndərdiyi məktub aprelin 22-də saytda dərc olunub.

Bu halda jurnalistin xüsusi ittiham qaydasında məhkəmə verilməsi absurddur. Ümumiyyətlə, qarşı tərəfin mövqeyi çap edilibsə, onun məhkəmə iddiasına baxılmır. Görünür, sadəcə icra başçısı baş redaktorla haqq-hesab çəkmək, onu təzyiq altında saxlamaq niyyətindədir.

***

Media Hüququ İnstitutunun eksperti Xalid Ağəliyevin sözlərinə görə, qarşı tərəfin mövqeyi dərc olunduğu halda məhkəməyə müraciət etmək üçün bir məntiq qalmır.

MHİ nümayəndəsi bildirir ki, qarşı tərəf barəsində səslənən ittihamlarla bağlı rəy bildirərkən bunu təkzib edə bilərdi: “Ancaq cavabı haqqı tanındığı halda məhkəməyə üz tutmaq əsaslı görünmür. Xüsusi ittiham qaydasında iddia qaldırmaq isə tamamilə yolverilməzdir.

Bizim təcrübəmizdə bir neçə belə məhkəmə presedenti olub. Beynəlxalq təcrübədə də jurnalisti xüsusi ittiham qaydasında məhkəməyə vermək, yazılarına görə həbs etmək olmaz. Ölkə başçısı da çıxışlarında qeyd edib ki, jurnalist yazdığına görə həbs olunmur. O halda ümid edirik ki, məhkəmə bu işin baxılmasını icraata yönəltməkdən imtina edəcək”.
Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri, Mətbuat Şurasının üzvü Müşfiq Ələsgərli qeyd etdi ki, jurnalist material hazırlayarkən etik kodeksə əməl etməlidir. Bununla belə,

M.Ələsgərli Gunxeber.com-dakı sözügedən yazı ilə tanış olmadığını vurğuladı. JuHİ sədrinin sözlərinə görə, məhkəmədə iddia qaldırmaqdan əvvəl tərəflər danışıb anlaşmalı, yanlışlıq varsa məqalədə düzəliş edilməlidir:
“Ancaq məhkəməyə üz tutmaq xoş hal deyil. Məhkəmədən qabaq tənzimləyici qurum kimi Mətbuat Şurası var ki, məmurlar müraciət edə bilər. Onların tələbi yerinə yetirilməyəndə məhkəməyə müraciət edə bilərlər.

Prezident də dəfələrlə çıxışında qeyd edib ki, diffamasiya hallarına, anlaşmazlığa, yazıya görə jurnalistlər məhkəməyə verilməməlidir. Məmurlar da bilir ki, qeyri-rəsmi şəkildə bu məsələyə moratorium qoyulub. Jurnalistlərin məhkəməyə verilməsi bəyənilən hadisə deyil. Üstəlik də xüsusi ittiham qaydasında heç düzgün deyil”.

Z.Müqabiloğlu isə bildirib ki, V.Hacıyevin ardıcıl olaraq bir ayın içərisində iki dəfə xüsusi ittiham qaydasında məhkəməyə verdirməsinin səbəbini anlamır: “Aramızda heç bir ədavət olmayıb. Sayt ona və rəhbərlik etdiyi rayonun məmurlarına qarşı hər hansı kampaniya aparmayıb. Sadəcə müxtəlif zamanlarda İmişlidən gələn müəyyən xəbərləri vermişik və bu ardıcıl xarakter almayıb. İndi məhkəməyə verildiyim yazı ilə bağlı isə qarşı tərəfin mövqeyi dərc olunub və bu barədə də elə məktubu aldığımız gün Ramiz Əmirova məktubla bildirmişik. Mənə çox maraqlıdır ki, Vilyam Hacıyev niyə bu qədər qəzəblidir. Bəlkə ortada nələrsə var və mən bunu bilmirəm. Hər halda icra başçısının bu cür israrla mənim həbsimə nail olmasının səbəblərini öyrənməyə çalışacağıq”. musavat

289 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Media təşkilatlarından baş redaktora dəstək gəldi

10 Temmuz 2014

By
@
backtotop