Vəkil Nemət Kərimli: “Şahin Novruzluya əfv ərizəsi yazması üçün təzyiq göstərilib”

Shahin-Novruzlu-01-7
NİDA vətəndaş hərəkatının daha bir üzvü Şahin Novruzlu prezident İlham Əliyevə müraciət edərək əfv olunmasını xahiş edib.
Müraciətdə deyilir :

“ Cənab prezident, mən Novruzlu Şahin İbrahim oğlu 1995-ci il sentyabrın 16-da anadan olmuşam. Orta məktəbi əla qiymətlərlə bitirmişəm və Odlar Yurdu Universitetinin maliyyə-kredit fakultəsinə daxil olmuşam. Ötən bir il ərzində keçdiyim qısa gənc həyatıma nəzər salmağa imkanlarım çox olub. Düşünürəm ki, məhkum olmağım həyatımda ən böyük səhvdir. Mən bu səhvi düzəltmək üçün yenidən bir şans verməyi sizdən xahiş edirəm, daim göstərdiyiniz insanpərvərlik və humanizm prinsirlərinə söykənərək məni əfv etmənizi rica edirəm.
Qeyd etmək istəyirəm ki, indiyə qədər heç bir siyasi təşkilatın üzvü olmamışam və bundan sonra heç bir siyasi təşkilatın üzvü olmayacağam.

Cənab prezident, söz verirəm ki, gələcək həyatımı dövlətimizin layiqli vətəndaşı kimi yaşayacağam”.

Öz növbəsində Ş. Novruzlunun atası oğlunun prezidentə müraciətindən xəbərsiz olduğunu deyib.

O, Turanın müxbirilə söhbətində bildirib ki, bu barədə söhbət uzun müddətdir gedib. Axır belə bir şey olacaqdı.

“İnanmıram ki, oğluma fiziki təzyiq ediblər. Bəzi şeyləri indi deyə bilmirəm. Çox şeyi nəzərə almaq olar. Mən belə bir şeyi bəyənmirəm, amma hər halda olub. Şahin ərizəsində siyasi kursunun dəyişməsi ilə bağlı heç nə yazmayıb. Şahin qabaqlar mənimlə danışmışdı. Mövqeyi belə idi ki əfv yazmayacaq. Deyirdi ki, mənim heç bir günahım yoxdur. Ola bilsin ki, təsir və ya təklif olunub”, – ata bildirib.

Lakin o, oğlu həbs olunan götürülən 94 min manatın hələ də qaytarılmadığını deyib.

Ş.Novruzlunun vəkili Nemət Kərimli isə müdafiə etdiyi şəxsə qarşı təzyiqlərin olduğunu düşünür.

Bununla belə, o, Ş. Novruzlunun əfv ərizəsi yazmasından təəccüblənmədiyini və təəssüflənmədiyini bildirib. Onun fikrincə, bu cür siyasi sifarişli işlərdə hakimiyyət qanunsuz olaraq təzyiq edir və buna görə də məhkəmə hökmü çıxandan sonra hər gün əfv ərizəsi yazaraq adiləşdirmək lazımdır.

Bundan əvvəl isə gənc fəal Bəxtiyar Quliyev NİDA-dan imtina edib və etdiyi əməllərə görə peşmançılıq çəkdiyini bildirib. Daha sonra AXCP və NİDA fəalı Elsəvər Mürsəlli eyni xarakterli ərizə yazıb. Buna görə də Sumqayıt Apellyasiya Məhkəməsi onun cəza müddətini 5 ildən 2 ilə endirib.

NİDA-çılar 2013-cü ilin mart-may aylarında həbs olunublar. Onlar əsgər ölümlərinə etiraz olaraq martın 10-da keçirilən aksiya zamanı iğtişaşların təşkilində ittiham olunurlar. Fəallara qarşı həmçinin qanunsuz narkotik və partlayıcı maddə saxlamaq, xuliqanlıq ittihamları irəli sürülüb. Gənc fəallar ittihamları qəbul etmir, siyasi sifariş hesab edirlər.

“Amnesty İnternational” beynəlxalq hüquq-müdafiə təşkilatı onları vicdan məhbusu elan edib.

264 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Vəkil Nemət Kərimli: “Şahin Novruzluya əfv ərizəsi yazması üçün təzyiq göstərilib”

10 Temmuz 2014

By
@
backtotop