Pərviz Həşimlinin apellyasiya şikayəti

070700083568
İyulun 7-də Bakı Apellyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə silah qaçaqmalçılığı ittihamı ilə 8 il müddətinə həbs edilmiş “Bizim yol”qəzetinin jurnalisti və hüquq müdafiəçisi Pərviz Həşimlinin apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirlib.

Müdafiə tərəfi birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və onun barəsində bəraət hökmünün çıxarılması məsələsini qaldırıb.

Bundan başqa, müdafiə tərəfi qətimkan tədbirinin dəyişdirilməsi və əlavə şahidlərin dindirilməsi barədə vəsatət verib.

Lakin məhkəmə heç bir vəsatəti təmin etməyib, bu barədə Turan-a vəkil Bəhruz Bayramov bildirib.

Növbəti məhkəmə iclası iyulun 14-nə təyin edilib.

İş üzrə digər müttəhim Təvəkkül Qurbanov da apellyasiya şikayəti verib. O, 8,5 il həbs müddətinin ağır olmasından şikayət edir.

* Pərviz Həşimli 2013-cü il sentyabrın 17-də MTN əməkdaşları tərəfindən həbs olunub.

Mayın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu 228.2.1 (qabaqcadan bir qrup şəxslə əlbir olaraq silah və hərbi sursatın qanunsuz əldə edilməsi, daşınması, satışı, saxlanması, gəzdirilməsi), 228.2.2 (həmin hərəkətlərin təkrar törədilməsi) və 206.3.2 (qabaqcadan bir qrup şəxslə əlbir olaraq qaçaqmalçılıq) madələri ilə təqsirli bilərək 8 il azadlıqdan məhrum edib. Bu iş üzrə keçən digər müttəhim Təvəkkül Qurbanov da həmin maddələrlə təqsirli bilinib, 8,5 il müddətinə azadlıqdan məhrum edilib.

260 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Pərviz Həşimlinin apellyasiya şikayəti

07 Temmuz 2014

By
@
backtotop