Leyla Yunus istintaqa getməməsinin səbəbini açıqladı

1399233592_d7464dfa-0915-4b3f-b35c-ebe234da51c5_mw1024_n_s
Hüquq müdafiəçisi sənədləri qaytarılmayana qədər istintaqa getməyəcəyində qərarlıdır
Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun bu gün saat 10-da Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə çağırılması barədə xəbər vermişdik. Hüquq müdafiəçisi istintaqa getməkdən imtina edib. O, bildirib ki, prokurorluq tərəfindən götürülən sənədləri qaytarılmayana qədər istintaqa getməyəcək.

Hüquq müdafiəçisi musavat.com-a bunları deyib: “Hələ ki sakitlikdir. İndiyə qədər heç kəs mənə zəng eləməyib. Özüm də bildirdim ki, mətbuat nümayəndələri əziyyət çəkib, evimin qarşısına gəlməsinlər. Telefonla əlaqə saxlayaq yetər. Nəsə olsa, xəbər verəcəm. Yəqin özləri də izləyib, görürlər ki, mən daima jurnalistlərlə əlaqə saxlayıram. Başa düşürlər ki, nəsə olsa, bütün mətbuata yayacam. Fikirləşirlər ki, neyləsinlər?”.

Leyla Yunus istintaqa getməməsinin səbəblərini də açıqladı: “Başa düşə bilmirəm ki, bunlar nə üçün qanunla işləyə bilmirlər? Tələb edirəm ki, qanuna riayət eləsinlər. Demirəm ki, istintaqa gəlməyəcəm. Sənədlərimi, kupçamı qanunsuz olaraq, saxlayırlar. Sənədlərimi qaytarsınlar, mən də istintaqa gedim. Heç bir problem yoxdur”.

257 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Leyla Yunus istintaqa getməməsinin səbəbini açıqladı

07 Temmuz 2014

By
@
backtotop