Ali Məhkəmə “xeber44.com” saytının redaktoru barəsində hökmü qüvvədə saxlayıb

Ali_Məhkəmə
Dünən Azərbaycan Ali Məhkəməsi “xeber44.com” dini online-nəşrin redaktoru Araz Quliyevin kassasiya şikayətini təmin etməyib və onu həbsdə saxlayıb.

Redaktor və daha 7 şəxs 2012-ci ilin sentyabrında Masallıda diskotekada “yarıçılpaq” rəqqasələrin “əxlaqsız” davranışlarına qarşı etiraz etdikdən sonra həbs ediliblər.

Quliyev CM-in 228.1 (odlu silah daşımaq, saxlamaq və nəql etmək), 233 (ictimai asayişi pozan əməllərin təşkili və onlarda iştirak), 238.1 (milli və dini ayrı-seçkilik salma), 315.2 (hakimiyyət nümayəndələrinə müqavimət göstərmək), 324-cü (Azərbaycan bayrağına və gerbinə qarşı təhqiredici hərəkət) maddələri ilə təqsirli bilinib.

O, 8 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Digər təqsirləndirilən şəxslər də 3 ildən 8 ilədək həbs cəzası alıb. Sonradan Şirvan Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb.

Quliyev və həbs edilmiş (5 il) daha bir fəal Surac Ağayev kassasiya şikayəti veriblər.

Vəkil Fariz Namazlı Turan-ın müxbiri ilə söhbətində bildirib ki, redaktor saxta ittihamla həbs edilib. O, etiraz aksiyasında iştirak etməyib, sadəcə baş verənləri işıqlandırıb. Əslində Quliyevi öz saytında yerli hakimiyyəti tənqid etdiyinə görə cəzalandırırlar.

Həbsindən əvvəl Quliyev dəfələrlə yerli polis və MTN şöbələrinə çağırılıb, tənqidə son qoymayacağı halda həbs ediləcəyi ilə hədələnib. Vəkil qeyd edib ki, ittihamın bütün bəndləri saxtalaşdırılıb və indi müdafiə tərəfi Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək niyyətindədir.

Bu iş üzrə bütün məhkumların adları 11 QHT koalisiyası tərəfindən tərtib edilmiş və Avropa Şurasına təqdim edilmiş 81 siyasi məhbus siyahısına salınıb.

Xeber44.com saytı hazırda cenubnews.com adlanır.

273 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Ali Məhkəmə “xeber44.com” saytının redaktoru barəsində hökmü qüvvədə saxlayıb

05 Temmuz 2014

By
@
backtotop