Leyla Yunus yenə prokurorluğa çağırılıb

1399233592_d7464dfa-0915-4b3f-b35c-ebe234da51c5_mw1024_n_s
Müstəntiq İbrahim Ləmbəranski telefonla hüquq müdafiəçisi Leyla Yunusa iyulun 7-də səhər saat 10-da dindirməyə gəlmək tələbini çatdırıb.

Buna cavabda Yunus onun və həyat yoldaşının “aprelin 28-də qanunsuz olaraq əllərindən alınmış” pasportlarını qaytarmağı tələb edib.

“Bizim qanunsuz olaraq əlimizdən alınmış pasportlarımız qaytarıldıqdan sonra prokurorluğa gələcəyəm”, deyə Leyla Yunus Turan-a bildirib.

Onun sözlərinə görə, Ləmbəranski kobud və təmkinsiz danışaraq, pasportları qaytarmaqdan imtina edib və bazar ertəsi prokurorluğa gəlməyi tələb edib.

Bununla əlaqədar olaraq Leyla Yunus bildirib ki, prokurorluğun qarşısına əvvəlki kimi onu saxta ittihamla həbs etmək vəzifəsi qoyulub.

Xatırladaq ki, aprelin 28-də Yunuslar aeroportda saxlanılıblar, bundan sonra Leyla Yunus Prokurorluğun Ağır Cinayətlər İdarəsində 9 saat dindirilib.

Mayın 29-da Ləmbəranski yenə onu dindirməyə çağırıb. Amma Leyla Yunus imtina edərək, pasportların qaytarılmasını tələb edib.

Hazırda hüquq müdafiəçisi ona qarşı yeni təzyiq dalğası gözləyir.

165 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Leyla Yunus yenə prokurorluğa çağırılıb

04 Temmuz 2014

By
@
backtotop