Apellyasiya Məhkəməsi gənc fəalı həbsdə saxladı

063000082958
Bu gün Bakı Apellyasiya Məhkəməsi Sahib Əhmədovun sədrliyi ilə gənc fəal Orxan Eyyubzadənin həbsinin bir ay uzadılması ilə bağlı şikayətini təmin etməyib. Bu barədə Turan-a vəkil Əsabəli Mustafayev bildirib.

Vəkil Eyyubzadənin həbsə saxlanılmasını əsassız sayır və Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət vermək niyyətindədir.

Onun sözlərinə görə, Strasburq Məhkəməsinin artıq Azərbaycanda məhkəmədən öncəki həbslərin əsassız olması barədə 4 qərar qəbul etməsinə baxmayaraq, məhkəmələr bu təcrübəni davam etdirirlər, xüsusən də siyasi işlər üzrə.

Vəkil həmçinin həbsin ev dustaqlığı ilə əvəz edilməsi haqqında vəsatət qaldırmaq niyyətindədir.

Xatırladaq ki, Eyyubzadə mayın 6-da NİDA hərəkatının fəaları barəsində hökmə etiraz aksiyasında iştiraka görə 20 gün müddətinə həbs edilib. Lakin həbs müddəti başa çatdıqdan sonra o, azad edilməyib. Fəal Binəqədi rayon məhkəməsinə gətirilib, məhkəmə onu CM-in 315.1-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı güc tətbiq etmək) maddəsi ilə 1 ay həbs edib. Bu maddə 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

335 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Apellyasiya Məhkəməsi gənc fəalı həbsdə saxladı

30 Haziran 2014

By
@
backtotop