Kristofer Smit Amnesty International-ın siyahısını prezident İlham Əliyevə təqdim edib

062900082891
ATƏT PA-da ABŞ nümayəndə heyətinin rəhbəri Kristofer Smit iyunun 28-də prezident İlham Əliyevlə görüşündə Azərbaycanda siyasi məhbuslar məsələsini qaldırıb. Bu barədə Smit bazar günü jurnalistlərlə söhbətində deyib.

Onun sözlərinə görə, bir saata yaxın davam edən görüş zamanı Azərbaycanın traffikinq sahəsindəki nailiyyətlərini alqışlayıb.

Bununla yanaşı Smit siyasi məhbuslar məsələsinə, əsasən Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin işinə toxunub.

O, Amnesty İnternational beynəlxalq hüquq –müdafiə təşkilatının siyasi məhbuslarla bağlı siyahısını Azərbaycan prezidentinə təqdim edib.

“Zənnimcə, bizim açıq və səmimi söhbətimiz oldu”, – Smit vurğulayıb.

Qeyd edək ki, Amnesty İnternational-ın siyahısına əsasən hazırda Azərbaycan həbsxanalarında 19 “vicdan məhbusu” var.

11 QHT-nin razılaşdırılmış siyahısına görə, ölkədə 81 nəfər siyasi məhbus var.

333 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Kristofer Smit Amnesty International-ın siyahısını prezident İlham Əliyevə təqdim edib

30 Haziran 2014

By
@
backtotop