NİDA-dan üz döndərən Bəxtiyar Quliyev apellyasiya şikayətindən də imtina etdi

062700082769
İyunun 27-də Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə NİDA fəallarının işi üzrə hazırlıq iclası keçirilib.

İclasın əvvəlində hakim elan edib ki, təqsirləndirilən Bəxtiyar Quliyev apellyasiya şikayətindən imtina edib.

Lakin birinci instansiya məhkəməsində Quliyevi müdafiə edən vəkillər, həmçinin digər təqsirləndirilənlər onun şəxsən iştirak etməli və imtinasını təsdiq etməli olduğunu bildiriblər.

Vəkillər həmçinin qismən məhkəmə istintaqının aparılması ilə apellyasiya şikayətinə yenidən baxılması haqqında vəsatət qaldırıblar.

Daha sonra onlar həbs qətimkan tədbirinin dəyişdirilməsi haqqında vəsatət qaldırıblar.

Müşavirədən sonra məhkəmə bütün vəsatətləri rədd edib, amma Quliyevin şikayətdən imtina haqqında bəyanatını təmin edib. Şikayətə baxılması iyulun 11-nə təyin edilib.

Xatırladaq ki, Bəxtiyar Quliyev bir müddət əvvəl NİDA-da çıxdığını bəyan edib və dövlət başçısına əməllərindən peşman olduğu barədə müraciət edib.

* 6 may 2014-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsi Şahin Novruzlu, Məmməd Əzizov, Bəxtiyar Quliyev, Rəşad Həsənov, Üzeyir Məmmədli, Rəşadət Axundov, Zaur Qurbanlı və İlkin Rüstəmzadəni 10 mart 2013-cü ill etiraz aksiyası zamanı kütləvi iğtişaşlar planlaşdırmaqda, qanunsuz olaraq partlayıcı maddə və narkotik saxlamaqda, habelə xuliqanlıqda təqsirli bilərək, 6 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Xatırladaq ki, Amnesty İnternational bütün məhkumları “vicdan məhbusu” kimi tanıyıb.

254 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

NİDA-dan üz döndərən Bəxtiyar Quliyev apellyasiya şikayətindən də imtina etdi

27 Haziran 2014

By
@
backtotop