Hüquq müdaifəçiləri Aqramunta etimad göstərmirlər

32CB7E87-7A24-476C-BEAD-31078F1B21FE_mw1024_s_n
“Hazırda ölkədə siyasi məhbus probleminin ciddiliyini nəzərə alaraq, bu məsələ üzrə AŞPA-nın Azərbaycana xüsusi məruzəçi təyin etməsini dəstəkləyirəm”, – hüquq müdafiəçisi Arzu Abdullayeva AŞPA-nın mövqeyini Turan-a şərh edərkən bildirib.

“2009-cü ildə Kristofer Ştrasserin Azərbaycanda siyasi məhbus məsələsi üzrə məruzəçi təyin olunmasına etiraz etmişdim. Çünki o zaman Azərbaycan üzrə Andes Herkel kimi məruzəçi vardı. Bu şəxs ciddi fəaliyyət göstərirdi. Ölkə həyatındakı problemləri AŞPA-ya təqdim etdiyi hesabatlarda qaldırırdı. Amma K.Ştrasser məruzəçi təyin edildikdən sonra A.Herkel siyasi məhbus məzələsindən kənara çəkildi. K.Ştrasser isə bu və ya digər səbəbdən Azərbaycana gələ bilmədi.

Daha sonra Azərbaycan üzrə yeni məruzəçilər təyin olundu. Yeni məruzəçilər olan Pedro Aqramunt və Cozef Qrex özlərini “sakit” aparırlar. Bu isə ölkədə siyasi məhbus məsələsinə mənfi təsir göstərir. “İndiki halda siyasi məhbus məsələsi üzrə xüsusi məruzəçinin təyin olunması Azərbaycan gerçəkliyinə cavab verir”, – A.Abdullayeva bildirib.

A.Abdullayeva Azərbaycanda siyasi məhbislar üzrə sənədlərin toplanmasının ümumi məruzəçilərdən biri P.Aqramunta tapşırılmasının birmənalı olaraq əleyhinə çıxıb. “Mən bu şəxsin təyinatının qəti əleyhinəyəm, bu adam ümumi mərizəçi olarkən işinin öhdəsindən gəlib ki, hələ əlavə bir məsələ də ona etibar edilir?”, –

A.Abdullayeva etirazını ifadə edib.

Hüquq müdafiəçisi Leyla Yunus Azərbaycan üzrə həmməruzəçiyə əlavə siyasi məhbus məsələsinin tapşırılmasını doğru saymayıb. “Azərbaycanda siyasi məhbus məsələsi üzrə xüsusi məruzəçinin təyin olunması ilə bağlı AŞPA-ya çoxsaylı müraciətlərimiz olub, amma biz xüsusi məruzəçinin təyin olunmasını istəyirik, indiki format bizi təmin etmir”, – LYunus bildirib.

Digər tərəfdən hüquq müdafiəçisi bu məsələnin Azərbaycan üzrə həmməruzəçilərdən P.Aqramunta tapşırılmasına etimadla yanaşmayıb. “Bu adamın hakimiyyətə loyallığı və bütünlükdə fəaliyyəti çoxsaylı suallar yaradıb”, – L.Yunus etirazını ifadə edib.

302 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Hüquq müdaifəçiləri Aqramunta etimad göstərmirlər

26 Haziran 2014

By
@
backtotop