Gənc fəalın həbs müddəti uzadılıb

062500082582
İyunun 24-də Binəqədi rayon məhkəməsi polisə müqavimətdə təqsirləndirilən gənc fəal Orxan Eyyubzadənin həbs müddətini bir ay uzadıb.

Vəkil Əsabəli Mustafayev Turan-ın müxbiri ilə söhbətində bu qərarı əsassız adlandırıb, belə ki, Eyyubzadə barəsində heç bir istintaq aparılmır və onu həbsdə saxlamağın mənası yoxdur.

Mustafayevin sözlərinə görə, bu qərardan apellyasiya şikayəti veriləcək.

Vəkil həmçinin qeyd edib ki, Eyyubzadənin həbsdə saxlanılması həm də təhlükəlidir, belə ki, gəncin aradabir qıcolmaları olur və ona heç bir tibbi yardım göstərilmir.

Vəkil gəncin inzibati həbs cəzası çəkərkən polisə müqavimət göstərməkdə ittiham olunmasını absurd adlandırıb. Onun sözlərinə görə, ötən ilin sonunda həbsi zamanı məhz polis fəala qarşı güc tətbiq edib.

Xatırladaq ki, Eyyubzadə mayın 6-da 8 NİDA fəalı barəsində hökmə etiraz aksiyasında iştiraka görə 20 gün müddətinə həbs edilib. Lakin həbs müddəti bitdikdən sonra, o, azad edilməyib.

Fəal Binəqədi rayon məhkəməsinə gətirilib. Məhkəmə onu CM-in 315.1-ci maddəsi ilə (hakimiyyət nümayəndəsinə qarşı güc tətbiq etmək) həbs edib. Bu maddə 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

186 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Gənc fəalın həbs müddəti uzadılıb

25 Haziran 2014

By
@
backtotop