AŞPA Azərbaycanda siyasi məhbuslar üzrə yeni məruzəçi təyin edəcək

eu
İyunun 23-də Strasburqda AŞPA-nın sessiyası çərçivəsində Azərbaycan vətəndaş cəmiyyətinin fəalları ölkədə insan hüquqlarının vəziyyətinə dair alternativ dinləmələr keçiriblər.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun direktoru Emin Hüseynov Turan-ın müxbirinə bildirib ki, dinləmələr zamanı Azərbaycanda ifadə, toplaşma, birləşmə azadlığının pozulması, siyasi məhbuslar məsələsi müzakirə edilib.

Dinləmələrdə Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı, Hüquqi Müdafiə və Maarifləndirmə Cəmiyyətinin rəhbəri Rəsul Cəfərov, Hüquqi Maarifləndirmə Cəmiyyətinin rəhbəri İntiqam Əliyev, NİDA hərəkatı İdarə Heyətinin üzvü Aygün Pəncəliyeva çıxış ediblər.

Dinləmələr böyük maraq doğurub. Tədbirdə AŞPA-nın 60-dan çox deputatı, AŞ Nazirlər Komitəsi, AŞ baş katibinin aparatı və başqa qurumların nümayəndələri iştirak ediblər.

Məruzəçilər auditoriyanın suallarını cavablandırıblar. Dinləmələrdə iştirak edən bəzi deputatlar sonra insan haqları problemləri ilə bağlı AŞ Nazirlər Komitəsinin sədri kimi AŞPA sessiyasında çıxış edən Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarova suallar veriblər.

E.Məmmədyarov birbaşa cavablardan yayınıb, ümumiyyətlə deyib ki, Azərbaycan demokratiya yolu ilə gedir və tədricən mövcud problemlər həll olunacaq.

Bazar ertəsi Avropadakı azərbaycanlı siyasi mühacirlərdən ibarət bir qrup Avropa Şurasının mənzil-qərargahının qarşısında etiraz aksiyası keçirib. Onlar Azərbaycanda insan haqlarının pozulmasının pislənməsini tələb ediblər.

E.Hüseynov AŞPA-nın işinin nəticəsi kimi Azərbaycanda siyasi məhbuslara dair qətnamə üzrə təkliflər layihəsinin AŞPA Bürosu tərəfindən təqdir olunmasını göstərib.

O, Azərbaycanda siyasi məhbuslar məsələsinə baxılmasının və Hüquqi məsələlər və insan hüquqları komitəsində yeni məruzəçinin təyinatının vacibliyini qeyd edib.

Əgər məsələ Monitorinq komitəsinə verilsəydi bununla artıq mövcud məruzəçilər Pedro Aqramunt və Cozef Qreş məşğul olacaqdı.

Lakin Azərbaycanda siyasi məhbuslar ürə yeni məruzəçinin təyinatına AŞPA-nın gələn sessiyasında baxılacaq. Əgər Azərbaycan hakimiyyəti siyasi məhbusları azad edərsə məsələ müzakirələrdən çıxarıla bilər.

292 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

AŞPA Azərbaycanda siyasi məhbuslar üzrə yeni məruzəçi təyin edəcək

24 Haziran 2014

By
@
backtotop