DİN-dən açıqlama: “Azərbaycan insan alverinə qarşı mübarizədə irəliləyişə nail olub”

daxili_isler_nazirli_yi_007
Daxili İşlər Nazirliyi ABŞ Dövlət Departamentinin insan alverinə qarşı mübarizəyə dair növbəti illik hesabatı ilə bağlı məlumat yayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən musavat.com-a göndərilən həmin məlumatı diqqətinizə çatdırırıq:

“İyunun 20-də ABŞ Dövlət Departamenti insan alverinə qarşı mübarizəyə dair növbəti illik hesabatını açıqlayıb.

Hesabatda ümumilikdə 4 pillədən ibarət siyahı üzrə 187 ölkə sıralanıb. Birinci siyahıda 31, ikinci siyahıda 89, 2 nəzarət siyahısında 44 və üçüncü siyahıda isə 23 ölkə qərarlaşıb.

Azərbaycan Respublikası ötən il olduğu kimi bu il də 2-ci sıra ölkələr siyahısında yer alıb. Həmin siyahıda postsovet məkanı üzrə Gürcüstan, Estoniya, Latviya, Litva, Moldova, Qazaxıstan, Qırğızıstan və Tacikistan, qonşu ölkələrdən isə Türkiyə qeyd edilib.

Hesabatda qeyd olunur ki, ölkəmiz hüquq-mühafizə tədbirlərini artırmaqla ötən dövrdə məcburi əmək xarakterli insan alverinə qarşı mübarizə ilə bağlı qanunvericiliyin sərtləşdirilməsi istiqamətində tədbirləri artırıb.

Azərbaycan hökuməti 2013-cü ilin aprel və may aylarında beynəlxalq hüquq normalarına uyğunlaşdırmaq məqsədilə Cinayət Məcəlləsinin 144-1-ci maddəsinə düzəliş edib, sərhədkeçmə ilə bağlı müddəanı ləğv edib, məcburi əmək cinayətlərinə qarşı cəzaları artırmış, insan alverinin törədilmə üsullarının uşaqların insan alverinə cəlb olunması zamanı əhəmiyyətini aydınlaşdırıb və insan alveri məqsədilə şəxsiyyəti təsdiq edən saxta sənəd hazırlanmasına görə ayrıca cinayət məsuliyyəti müəyyən edib. Dövlət Departamenti bəyan edib ki, hökumət hesabat müddətində insan alveri qurbanlarının müdafiəsi və onlara yardım göstərilməsi istiqamətində bəzi irəliləyişlərə nail olunub.

Nəzərə çatdırılır ki, ötən ilin iyul ayında insan alverinə qarşı mübarizədə başlıca qurum olan Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı QHT Koalisiyası ilə Anlaşma Memorandumunu 2018-ci ilədək uzadıb. Anlaşmaya əsasən, DİN müntəzəm olaraq insan alveri qurbanlarını və potensial insan alveri qurbanlarını sığınacaq və digər yardım xidmətləri üçün QHT tərəfdaşlarına yönəldir. 2013-cü ilin sentyabr ayında Nazirlər Kabineti bu növ cinayətlərdən zərər çəkmiş xarici vətəndaşların repatriasiyası ilə bağlı qaydalar qəbul etmişdir ki, bu qaydalar onlara (qurbanın müraciəti əsasında) bir ilədək müddətdə müvəqqəti yaşamağa imkan verir.

Bununla bərabər, hesabatda insan alverinə qarşı profilaktik tədbirlər sahəsində irəliləyişin davam etdirildiyi, dövlətin həyata keçirdiyi maarifləndirmə kampaniyalarının əksər hissəsinin insan alveri qurbanlarına yönəldiyi göstərilir.

İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi 44 şəhərdə maarifləndirmə kampaniyası həyata keçirib, bu mövzu ilə bağlı poster və videolar paylamış və qaynar xətt xidməti yaradıb. Bildirilir ki, Baş İdarə beynəlxalq təşkilatlar, QHT Koalisiyası, ictimaiyyət və digər maraqlı tərəflərlə əməkdaşlıq səviyyəsində növbəti Milli Fəaliyyət Planının (2014-2018-ci illər) layihəsinin hazırlanmasına rəhbərliyi öz üzərinə götürüb. Plan layihəsi islah məntəqələrindən azad olan gənclər (əhalinin bu təbəqəsi insan alveri üçün ən həssas əhali qrupu sayılır) üçün sığınacaqların yaradılmasını və dövlət işçilərinin insan alverinə qarşı mübarizə mövzusunda keçirilən təlimlərdə iştirakını, həmçinin, şahidlərin yüksək səviyyədə mühafizəsini nəzərdə tutmaqla Bakı şəhərindən kənarda sığınacaqların və yardım mərkəzlərinin genişləndirilməsini ehtiva edir.

Xüsusi qeyd edilməlidir ki, ABŞ Dövlət Departamentinin də etiraf etdiyi irəliləyiş respublikamızda insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilmiş qətiyyətli və kəsərli tədbirlər nəticəsində mümkün olub. Belə ki, ötən il həyаtа kеçirilmiş əməliyyаt-ахtаrış tədbirləri nəticəsində 17 cinayət işi üzrə 80 insаn аlvеri, 4 cinayət işi üzrə 4 məcburi əmək cinayət faktı qeydə alınıb. İnsan alveri cinayətləri törətdiklərinə görə 17 şəxs (14 qadın, 3 kişi) cinayət məsuliyyətinə cəlb edilmiş və insan alveri qurbanı olan 56 nəfər (41-i qadın, 15-i kişi) müəyyən edilib. Hesabat dövründə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışa elan olunmuş 17 insan alverçisindən 5-i tutularaq istintaq və məhkəmə orqanlarına təqdim edilib.

Qurbanlardan 37 nəfəri (23 qadın, 14 kişi) təhlükəsiz Sığınаcаğа yеrləşdirilmiş, onların müdаfiəsi və zəruri yаrdımlаrın göstərilməsi ilə bаğlı tədbirlər dаvаm еtdirilib. Sığınаcаğа yеrləşdirilmiş qurbаnlаrın hаmısınа tibbi, psiхоlоji yаrdımlаr göstərilmiş, zəruri gеyimlə təmin еdilib. Nаzirlər Kаbinеtinin müvаfiq qərаrınа əsаsən insаn аlvеrindən zərər çəkmiş 50 qurbana rеintеqrаsiyа dövründə birdəfəlik müаvinətlər, 13 nəfərə isə İnsаn аlvеri qurbаnlаrınа Kömək Fоndundаn yаrdımlаr vеrilmişdir. Qurbаnlаrdаn 22-si işlə təmin еdilmiş, 21-i isə pеşə kursunа göndərilib.

Cari ilin 1-ci rübü ərzində həyаtа kеçirilmiş əməliyyаt-ахtаrış tədbirləri nəticəsində isə 103 cinаyət fаktı qеydə аlınmış, оnlаrdаn 36-sı insаn аlvеri (11 cinayət işi üzrə), 33-ü fаhişəliyə cəlb еtmə, 33-ü əхlаqsızlıq yuvаlаrı sахlаmа, 1-i yetkinlik yaşına çatmayanları fahişəliyə və ya əxlaqsız əməllərə cəlb etmə ilə bаğlı оlub. İnsan alveri cinayətləri törətdiklərinə görə 3 şəxs (2 qadın, 1 kişi) cinayət məsuliyyətinə cəlb edilmiş və insan alveri qurbanı olaraq 16 nəfər (hamısı qadın) müəyyən edilib.

İllik hesabatlarda ABŞ Dövlət Departamenti, ənənəvi olaraq, hər bir ölkə üçün insan alverinə qarşı mübarizə fəaliyyətinə dair tövsiyələrini də təqdim edir. Keçənilki hesabatda ölkəmizə edilmiş 14 tövsiyənin 8-i 2014-cü il hesabatında eyni ilə təkrarlanmış, yeni tövsiyə verilməmişdir. Son hesabatda qeyd edilmiş tövsiyələr miqrantların məcburi əməyə məruz qalmasının qarşısının alınması, insan alveri qurbanları üçün xidmət şəbəkəsinin genişləndirilməsi, bu növ cinayətlərə qarşı mübarizə üzrə müvafiq qurumlararası əlaqələrin təkmilləşdirilməsi, insan alveri ilə bağlı miqrant işçilər üçün maarifləndirmə tədbirlərinin təşkil edilməsi kimi sahələri əhatə edir.

Bəzi kütləvi informasiya vasitələrində ölkəmizdə insan alverinin guya çiçəkləndiyi, bu növ cinayətlərə qarşı səmərəli mübarizə aparılmadığı barədə gedən qərəzli, böhtan xarakterli və sifarişli yazılara baxmayaraq, ABŞ Dövlət Departamentinin növbəti illik hesabatı ölkəmizdə göstərilən sahədə məqsədyönlü tədbirlərin həyata keçirildiyini, həmin istiqamətdə irəliləyişin müşahidə edildiyini bir daha təsdiqləyir”.

344 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

DİN-dən açıqlama: “Azərbaycan insan alverinə qarşı mübarizədə irəliləyişə nail olub”

24 Haziran 2014

By
@
backtotop