Məhkəmə rayon məmurunun jurnalist Zabil Müqabiloğluna qarşı iddiasını təmin etmədi

img1449642
Nərimanov rayon məhkəməsi “gunxeber.com” saytının redaktoru və “Yeni Müsavat” qəzetinin əməkdaşı Zabil Müqaiboğluna (Hacızadə) qarşı xüsusi cinayət ittihamı qaydasında iddianı təmin etməyib.

İddia Azərbaycan CM-in 147.2.2-ci (ağır cinayət törətməkdə böhtan) maddəsi üzrə verilib.

İddiaçı İmişli rayon mədəniyyət və turizm şöbəsinin rəisi Süleyman Bəşirov idi.

İddiaya səbəb mayın 30-da gunxeber.com saytında dərc edilmiş “Vilyam Hacıyevin attestasiya rüşvəti” adlı məqalə olub. Materialda deyilirdi ki, İmişli rayon mədəniyyət və turizm şöbəsində Mədəniyyət Nazirliyinin nümayəndələrinin iştirakı olmadan əməkdaşların attestasiyası aparılır. Bu zaman şöbə rəisi Bəşirov işçilərdən attestasiyadan uğurla keçmək üçün rüşvət tələb edir.

Jurnalistin vəkili Elçin Sadıqov Turan-a bildirib ki, məhkəmə iddia ərizəsinin tərtib edilməsi zamanı qanunun pozulduğuna görə iddianı təmin etməyib.

Belə ki, iddiada jurnalistin soyadı və ünvanı göstərilməyib.

Ümumiyyətlə bu işin Nərimanov rayonu ilə əlaqəsi yox idi, belə ki, nə jurnalist, nə saytın redaksiyası bu rayon ərazisində qeydiyyatda deyil.

140 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Məhkəmə rayon məmurunun jurnalist Zabil Müqabiloğluna qarşı iddiasını təmin etmədi

24 Haziran 2014

By
@
backtotop