Həsən Hüseynlinin işi üzrə proses başlayıb

062300082319
Bazar ertəsi Gəncənin Nizami rayon məhkəməsində Ayaz Mahmudovun sədrliyi ilə “İntellektual vətəndaş” Maarifləndirmə Mərkəzi QHT-nin rəhbəri Həsən Hüseynlinin işi üzrə proses başlayıb.

O, CM-in 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyadan istifadə ilə törədildikdə) maddəsi ilə ittiham olunur.

İstintaqın məlumatına görə, Hüseynli guya Gəncə sakini Arzu Qəhrəmanova bıçaq yarası vurub.

Vəkil Əlaif Həsənovun Turan-a verdiyi məlumata görə, icasda ittiham tərəfin iki şahidi ifadə verərək, Hüseynlinin zərərçəkmişə bıçaq zərbəsi endirdiyini iddia edib.

“Amma şahidlərdən biri ibtidai istintaqda dediklərinə zidd ifadə verib”, deyə vəkil bildirib. Müdafiə tərəfin hadisənin baş verdiyi yerdən videomüşahidə kameralarının görüntülərinin istənilməsi haqqında vəsatət qaldırıb. Hakim bildirib ki, vəsatətə iyunun 24-də keçiriləcək iclasda baxılacaq.

Müdafiə tərəfi həmçinin Gəncənin Nizami və Kəpəz rayon məhkəmələrində baxılmış bir sıra başqa işlər üzrə hökmlərin istənilməsi barədə vəsatət verib. Vəkilin sözlərinə görə, bu işlərdə hər iki şahid və zərərçəkmiş özü hal şahidi kimi keçir. Bu o deməkdir ki, sözügedən şəxslər faktiki olaraq polisin “ştatlı” şahidləridir və buna görə onların bəyanatlarının və ifadələrinin etibarlılığı şübhə altındadır. Lakin hakim bu vəsatəti təmin etməyib.

Proses iyunun 24-də davam etdiriləcək.

“İntellektual vətəndaş” QHT (İCEC) 2004-cü ildə təsis edilib. Təşkilat 2009-cu ilin fevral ayında dövlət qeydiyyatından keçib.

Bu QHT-nin əsas missiyası Azərbaycanın Qərb regionunda açıq cəmiyyət ideyalarının yayılmasıdır. Bu məqsədlə vətəndaş cəmiyyəti haqqında maarifləndirici tədbirlər keçirilib, layihələrin əsas hədəf qrupu gənclərdir.

249 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Həsən Hüseynlinin işi üzrə proses başlayıb

23 Haziran 2014

By
@
backtotop