Avropa İttifaqı Azərbaycanla assosiativ sazişi imzalamaqdan geri durmamağa çağırılıb

IMG_0850A9-B40A75-406525-73477F-0B7083-933D05
Ölkənin vətəndaş cəmiyyəti institutlarının təmsilçilərindən ibarət bir qrup bazar ertəsi RATİ-də “Azərbaycanın Avropa İttifaqına (AB) zəruriliyi barədə Bəyannamə”nin təqdimat mərasimi keçiriblər.

Təqdimat mərasimində Aİ ilə Ukrayna, Moldova və Gürcüstan arasında əməkdaklığa dair iyunun 27-də assosiativ saziş imzalanacağı, belə bir təklifin Azərbaycana da edildiyi vurğulanıb. Amma rəsmi Bakının ölkə önündəki müxtəlif çətinlikləri bəhanə edərək bu sazişi imzalamaqdan boyun qaçırdığı qeyd olunub. Son vaxtlar ölkəyə həm Qərb, həm Rusiya rəsmiləri və həm də beynəlxlaq qurumların rəhbərlərinin səfələrinin sıxlaşması nəzərə çatdırılıb. Bütün bu səfərlərin Azərbaycanın hansı seçimi edəcəyilə bağlı olduğu açıqlanıb. Tarixi ekskurs edilərək 1918-ci ildə qurulan Azərbaycan Cümhuriyyətini 1920-ci ildə Versal Ali Şurasının tanıması yada salınıb. Beləliklə, hələ XX əsrin əvvəlində Azərbaycanın sivil dünyaya inteqrasiya kursu götürdüyü bildirilib. 1991-ci ildə təkrar müstəqillikdən sonra Azərbaycanın ATƏT-ə, Avropa Şurasına üzv olması da inteqrasiya kursunun Qərbyönlü olmasının təsdiqi kimi dəyərləndirilib. Azərbaycanın yalnız son 10 ildə Qərbyönlü siyasətində ciddi neqativ dəyişikliklərin baş verdiyi iddia edilib. Bu məsələdə beynəlxalq təşkilatların özlərinin də təqsili olduğu deyilib. “Avropa Şurası Azərdaycanı öz qaydalarına uyğunalşdırmaq əvəzinə, özü Azərbaycan “qaydaları”na uyğunlaşdı və bu hətta o qədər açıq şəkil aldı ki, AŞ rəhbərliyi bunu etiraf etməli oldu”,- Milli Şuranın sədri tarixçi-professor Cəmil Həsənli mövqeyini ifadə edib.

Azərbaycanın Aİ ilə assosiativ şazişdən imtina etməsi üçün “Rusiya təhlükəsi” kimi obyektiv, iqtidarın ölkədə demokratik prinsiplərə yer vermək istəməməsi kimi subyektiv amilləri var. Tədbirdə rəsmi Bakının Aİ ilə strateji əməkdaşlıq saziş imzalaması ciddi tənqid edilib. Belə ki, natiqlər AB ilə strateji saziş imzalanmasının ölkədə saxta seçki, inhisarçlıq, insan haqlarına arxa çevirmək kimi neqativləri aradan qaldırmayacağı qənaətini ifadə ediblər.

Bəyannaməni 82 nəfərin imzalamasına toxunan natiqlər bu imzaların arxasında xalq çoxluğunun dayanması kimi bir iddia səsləndiriblər. Bəyannamədə ifadə edlən baxışların ölkədə heç də hamının iqtidar kimi düşünmədiyi və alternativ düşüncənin olması kimi qiymətləndirilib.

Ölkənin Aİ ilə Kreml layihəsi olan Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında seçim arasında qalmasına da toxunulub. Azərbaycanın hər hansı halda Aİİ-yə üzv olması təqdir olunmayıb və bunun ölkəyə müsbət heç nə verməyəcəyi bəyan olunub. AB ilə assosiativ sazişin imzalanmasına əsas kimi Avropanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi, ölkəni demokratik prinsiplərə yaxınlaşdıracağı göstərilib. Eyni zamanda Aİ-yə məsaj verilib ki, Azərbaycanla strateji əməkdaşlıq sazişilə yanaşı assosiativ saziş də imzalanmalıdır. Natiqlərə görə, strateji əməkdaşlıq sazişi assosiativ sazişi əvəz edə bilməz. Eyni zamanda rəsmi Bakıya Aİ ilə assosiativ sazişi imzalayacağı haqda siyasi bəyanat verməsi çağırışı edilib.

Ölkənin Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü ilə bağlı 18 ildən çox davam edən danışıqlara son qoyması, bu quruma üzv olması tələbi də ortaya qoyulub. “Azərbaycanın bu quruma indiyə kimi üzv olmamasına səbəb oliqarxların inhisar maraqlarının nəzərə alınması olub”,- AXCP sədri Əli Kərimli bildirib.

Eyni zamanda Azərbaycandakı rejimim hakimliyi şəraitində ölkənin Avropaya tam inteqrasiya olunması mümkün sayılmayıb və islahatlara başlanması irəli sürülüb.

Natiqlər məsələnin təkcə Bəyanamənin qəbul olunması ilə tamamlanmadığı, növbəti addımların atılacağını bildiriblər.

Bununla yanaşı rəsmi Bakıya Ukraynada baş verən hadisələr xatırladılaraq ölkəni həmin duruma salmamaq çağırışı edilib.

243 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Avropa İttifaqı Azərbaycanla assosiativ sazişi imzalamaqdan geri durmamağa çağırılıb

23 Haziran 2014

By
@
backtotop