Mətanət Əzizovanın QHT-si fəaliyyətini dayandırdı

metanet-azizova-liderxeber
Leyla Yunusla bağlı baş verən hadisələrdən sonra Azərbaycanı tərk edərək xarici ölkəyə gedən hüquq müdafiəçisi Mətanət Əzizovanın rəhbərlik etdiyi Qadın Krizis Mərkəzi fəaliyyətini dayandırıb. İnterpress.az-a daxil olan məlumata görə, artıq mərkəz fəaliyyət göstərmir və zərərçəkmiş qadınlara yardım göstərilmir. Məlumatı Qadın krizis Mərkəzinin təsisçilərindən biri olan psixoloq Azad İsazadə də təsdiqləyib: “Qadın Krizis Mərkəzi qeydiyyatsız fəaliyyət göstərib. Təsisçisi Mətanət Əzizova və mən olmuşam. Qeydiyyatla bağlı məhkəməyə müraciət edilib. Hazırda sənədlər Avropa Məhkəməsinə təqdim olunmaq üçün hazırlanır. Amma artıq Qadın Krizis Mərkəzi yoxdur. Leyla Yunusun ofisində fəaliyyət göstərirdik, buranı da polis bir neçə gün nəzarətdə saxladı. Bizə müraciət edənlər onsuz da zərərçəkən, incidilən qadınlardır. Onlar da bu vəziyyətdən qorxuya düşüb daha gəlmədilər”.

Buna baxmayaraq fəaliyyəti bərpa etməyə çalışdıqlarını deyən A.İsazadə bu barədə qərarın avqustda veriləcəyini bildirib: “Qadın Krizis Mərkəzinin qeydiyyata alınmamsı ilə bağlı sənədlər onsuz da Avropa məhkəməsinə təqdim ediləcək. Mən Mətanət xanımla əlaqə saxlayıram. Əgər o avqusta qədər ölkəyə qayıtsa, birgə faəliyətimizi hansısa formada davam etdirəcəyik. Əgər qayitmasa o zaman mən fəaliyəti necə davam etdirmək barədə düşünəcəyəm”.

319 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Mətanət Əzizovanın QHT-si fəaliyyətini dayandırdı

23 Haziran 2014

By
@
backtotop