“Azərbaycan – doğma diyar” devizi altında Milli Azlıqların IV Respublika Festivalı keçiriləcək

mct
Mədəniyyət və Turizm Nazirliyi bu il iyunun 23-25-də ölkədəki milli azlıq və etnik qrupların “Azərbaycan-doğma diyar” devizi altında IV respublika incəsənət festivalını keçirməyə hazırlaşır. Xəbər Turan-a nazirlikdən verilib.

Nazirlik belə festivalları 2006-cı, 2008-ci və 2011-ci illərdə olmaqla 3 dəfə keçirib. Keçirilən festivallar çərçivəsində milli azlıq və etnik qrupların musiqisinə həsr edilən nəşrlər hazırlanıb, bu azlıq və etnik qrupların mədəni irsinin müdafiəsinə dair elmi konfranslar keçirilib, kitablar çap olunub, televerilişlər nümayiş etdirilib. Nazilrik bu tədbirləri ölkədə yaşayan milli azlıq və etnik qrupların mədəniyyətini ümumAzərbaycan mədəniyyətinin tərkib hissəsi kimi dəyərləndirir. Bu mədəniyyət, incəsənət, adət-ənənələr və dillərin qorunmasında Azərbaycan dövlətinin marqalı olduğunu nəzərə çatdırır.

Nazirlik 2014-cü il 23-25 iyun festivalını indiyə qədər görülən işlərin davamı sayır. Festival çərçivəsində tirajı 1000 nüsxə olmaqla 5 dildə (Azərbaycan, ingilis, rus, fransız, alman) “Azərbaycanda yaşayan milli azlıqların mahnıları” (CD) diskinin buraxılmasını, R.Behbudov adına Mahnı Teatrında 23-24 iyun, saat 11:00-18.00-dək bədii kollektivlərin çıxışlarını, 25 iyun saat 16:00-da Muzey Mərkəzində milli azlıqların həyat və yaşayış tərzini əks etdirən “Bir ailədə” adlı fotosərgisinin təşkilini, 16:30-da yenə də Muzey Mərkəzində “Azərbaycanda etnik mədəni müxtəliflik və multikultural ənənələr” mövzusunda dəyirmi masanın təşkilini nəzərdə tutur.

25 iyun saat 18:00-də isə Azərbaycan Dövlət Musiqili Teatrında festivalın qala konserti gözlənilir və festifala oinformasiya dəstəyini İctimai Televiziya verir.

299 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

“Azərbaycan – doğma diyar” devizi altında Milli Azlıqların IV Respublika Festivalı keçiriləcək

22 Haziran 2014

By
@
backtotop