İyunun 23-də NİDA-çıların apellyasiya məhkəməsi başlayacaq

img1568399
“NİDA-çı gənclərin apellyasiya məhkəməsi başlayır”

Bu sözləri “Yeni Müsavat”a vəkil Nemət Kərimli deyib: “İyunun 23-də saat 15:00-da Bakı Apellyasiya Məhkəməsində NİDA-çıların apellyasiya məhkəməsi başlayır, ilkin baxış olacaq. Məhkəmə prosesində gənclər də iştirak edəcəklər. Amma məhkəmənin olacağından gənclərin xəbəri yoxdur”.

Bundan başqa, vəkil Nemət Kərimli bu gün NİDA-çı gənc məhbus Şahin Novruzlu və AGT üzvü İlkin Rüstəmzadə ilə görüşdüyünü də dedi: “Bu gün hər iki gənclə Kürdəxanı təcridxanasında görüşdüm. İlkin də, Şahin də çox yaxşıdır. Əhval-ruhiyyələri, saxlanma şəraitləri qaydasındadır”.

Xatırladaq ki, NİDA Vətəndaş Hərəkatının 7 üzvü qanunsuz olaraq həbs edilib. Onlara CM-nin 228.3-cü (qanunsuz olaraq partlayıcı maddələr və qurğular əldə etmə, hazırlama, daşıma və gəzdirmə) maddəsi ilə ittiham irəli sürülüb.

Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadə isə Youtube-da yerləşdirilən “Hаrlem Shake” videosunu hazırlamaqda təqsirləndirilir. Prokurorluq ona Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsinin iki bəndi ilə (221.2.1 və 221.2.2) ittiham irəli sürüb. Hazırda o, 1 saylı Bakı Şəhər İstintaq təcridxanasında saxlanılır.

İctimaiyyət nümayəndələri gənclərin həbsini siyasi motivli hesab edirlər. Müxalifət partiyaları və Beynəlxalq “Amnesty İnternational” təşkilatı gəncləri “vicdan məhbusu” elan edib. Və beynəlxalq qurumlar tərəfindən bütün vicdan məhbuslarının dərhal azadlığa buraxılması tələb olunur.

304 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

İyunun 23-də NİDA-çıların apellyasiya məhkəməsi başlayacaq

19 Haziran 2014

By
@
backtotop