Mübariz Qurbanlı: “Azərbaycanın fəaliyyəti müstəqilliyə, beynəlxalq hüquqa və ədalətlə söykənir”

publika.az1394719373Mubariz-Qurbanli-esas
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı “Obyektiv” televiziyasına (www. Obyektiv.tv) müsahibəsində ölkədə ictimai-siyasi durum, demokratiya, Avrointeqrasiya, insan hüquqları, məhkəmə islahatı, media azadlığı, Amerika-Azərbaycan münasibətlərindən danışıb.

Onun fikrincə, ölkədə ictimai-siyasi durum tam sabitdir. “Hökumət qarşısında duran vəzifələri uğurla həyata keçirir. Prezidentimizin irəli sürdüyü və həyata keçirdiyi siyasət Azərbaycanın maraqlarını qoruyur. İndiki ictimai-siyasi durum həm sosial, həm də beynəlxalq vəziyyətimizlə həmahəngdir”, – o bildirib.

O, ABŞ-ın Helsinki Komissiyasında Azərbaycanla bağlı dinləmələrdən danışarkən deyib ki, ABŞ Konqresində bu cür dinləmələr əslində bir hüquqi öhdəlik yaratmır: “Biz bu dinləmələrdə Ermənistanın təcavüzü, eyni zamanda məcburi köçkünlərimiz, bütövlükdə Dağlıq Qarabağla Azərbaycanın mövqeyi ilə bağlı səslənən müsbət fikirləri müdafiə edirik”.

Qurbanlı hesab edir ki, bəzən bu cür dinləmələrdə insan haqları, mətbuat azadlığı, vicdan azadlığı kimi məsələlərdə obyektivlikdən kənar tezislər ortaya qoyulur. “Mən çox istərdim ki, Helsinki dinləmələrinə qatılan konqres üzvləri ilk öncə həmin regiona səfər etsinlər. Bu ölkələr haqqında özləri konkret məlumatlar əldə etdikdən sonra dinləmələri keçirsinlər. Həmin konqresmenlər Azərbaycana səfər etsəydilər, cəbhə bölgəsində olsa idilər, müharibənin gedişi ilə bağlı məlumatları ilkin mənbələrdən alsa idilər Azərbaycan haqqında kifayət qədər təəssüratları olardı”, – o vurğulayıb.

YAP icra katibinin müavinin fikrincə, qərb təşkilatları insan hüquqları baxımından ikili standartlara yol verirlər. Bu, özünü Ermənistan, Gürcüstan və Azərbaycana yanaşmada daha açıq biruzə verir: “Məsələn, Ermənistanda faktiki diktatura rejimidir. Bu ölkədə hakimiyyətdə olanların bir qismi Dağlıq Qarabağda cinayətlər törədib. Bunlar milyondan çox Azərbaycan vətəndaşının didərgin, Ermənistanda yaşayan azərbaycanlıları tarixi torpaqlarından qaçqın salınmasında günahkar olan şəxslərdir. Bu baxımdan Ermənistanla Azərbaycanı insan hüquq və azadlıqları baxımından müqayisə etmək düzgün olmazdı. Azərbaycan bu sahədə çox-çox irəlidədir”.

Bəzən beynəlxalq təşkilatlar faktiki diktatura rejimi olan Ermənistanda insan hüquqlarının vəziyyətini Azərbaycandan yaxşı qiymətləndirir. Bu isə böyük şübhələr yaradır. O hesab edir ki, insan hüquqları və mətbuat azadlığı ilə bağlı hesabat hazırlayan qurumların nümayəndələri mütləq Azərbaycana gəlib araşdırma aparmalıdır. “Bu təşkilatlar məlumatları müxalifət mətbuatından götürməməlidir. Müxalifət mətbuat qərəzli yazır”, – o qeyd edib.

M.Qurbanlı hesab edir ki, ölkədə mətbuat 3 yerə bölünür. İqtidarın mövqeyini birmənalı dəstəkləyən, mərkəzçi və radikal müxalifətin nəzarətində olan medialar var. Radikal mövqeli media bir çox hallarda qərəzli və təsdiq edilməmiş məlumatlar yayırlar. Bu məlumatlar isə beynəlxalq qurumlar üçün əsas ola bilməz.

O. eyni zamanda ölkədə media azadlığının tam təmin edildiyini bildirib: “Hökumət nəinki mətbuat azadlığını dəstəkləyir, həm də ona maliyyə dəstəyi verir”.

M. Qurbanlı beynəlxalq təşkilatların Azərbaycan rəsmilərinin və və iqtidaryönlü mediaya inanmamasının səbəblərindən danışarkən çoxsaylı beynəlxalq təşkilatlar Azərbaycanda seçkiləri də dəstəkləyir, demokratik mühiti dəstəkləyir: “Məsələn sonuncu prezident seçkilərində Azərbaycanda seçkiləri izləyən beynəlxalq qurumların böyük əksəriyyəti müsbət rəylər verdi”.

Azərbaycan dünyada böyük inama malik olan ölkədir. Azərbaycan dünyada ən etibarlı tərəfdaş sayılan ölkələrdən biridir. Azərbaycan dövləti, onun lideri sözünün sahibidir. O, Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi dövründə də Azərbaycan Avropa dəyərlərinə əsaslanaraq siyasətini həyata keçirəcək.

M.Qurbanlı prezident Əliyevin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olarkən etdiyi çıxışına istinadən bildirib ki, Azərbaycan beynəlxalq qurumda fəaliyyətində müstəqilliyə, beynəlxalq hüquqa və ədalətlə söykənəcək. “AŞ Nazirlər Komitəsinə sədrlik dövründə də eyni prinsipə əsaslanacağıq”, – o qeyd edib.

Onun fikrincə, Azərbaycanda siyasi və vicdan məhbusu yoxdur. “Bizim yanaşmamış budur ki, siyasi məhbus anlayışı Avropa Şurasının, ATƏT-in və digər beynəlxalq təşkilatların sənədlərində öz əksini tapıb. Həmin sənədlərə görə insan yalnız düşüncəsinə, fikrinə, siyasi əqidəsinə görə təqibə məruz qalarsa siyasi təqibə məruz qalan sayıla bilər. Vicdan məhbusu vicdan azadlığı ilə bağlı təqibə məruz qalanlara deyilir. Amma siyasi fəaliyyətlə məşğul olub, siyasi partiyaya üzv olub Azərbaycanın qanunlarını pozaraq cinayət təqibinə məruz qalan, məhkəmə hökmü ilə həbs edilən şəxs siyasi məhbus sayıla bilməz. Bu gün söz və mətbuat azadlığına görə insanlar təqib olunsa idi, radikal müxalifətin qəzetlərində köşə yazarları var, onların bir neçəsi yazılarına görə gərək çoxdan təqib oluna idilər”.

Bu halda YAP icra katibinin müavini vicdan məhbusu ilə bağlı jurnalist Əvəz Zeynallı və keçmiş deputata Gülər Əhmədova arasında müqayisə aparmağa dəvət edilib: “Hər iki iş cinayət xarakterli işdir, məhkəmə istintaqı aparılıb müvafiq hökmlər verilib. Bunlar siyasi işlər deyil. Bu, yalnız hüququ müstəvidə araşdırma tələb edən bir mövzudur”.

O, məhkəmə islahatı, Avropa Məhkəməsinin qərarlarının yerinə yetirilməsi vəziyyətindən və Avropa İttifaqı ilə modernləşmə ilə bağlı hazırlanan sənəddən də danışıb.

M.Qurbanlı Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında xalq diplomatiyasının rolu barədə sualın cavabında deyib ki, “xalq diplomatiyası” adı altında təcavüzkarla eyni masada əyləşərək təcavüzkarın siyasəti üzərindən sükutla keçmək xalq diplomatiyası demək deyil”.

“Xalq diplomatiyası” müharibə edən ölkələr arasında deyil, müharibə başa çatıb, sülh müqaviləsi imzalandıqdan sonra xalqlar arasında həyata keçirilir. Müharibənin davam etdiyi dövrdə hansı xalq diplomatiyasından danışacağıq?”

“Elə isə bir neçə il öncə hökumətin təşəbbüsü ilə səfir Polad Bülbüloğlunun rəhbərliyi ilə Azərbaycan ziyalıları Dağlıq Qarabağ və Ermənistana, ermənilər isə Azərbaycana səfər etdi. Onları prezidentlər qəbul etdi. Təzad deyildimi?” sualının cavabında o deyib ki, Azərbaycanın Dağlıq Qarabağda yaşayan erməni və azərbaycanlıların bir-biri ilə görüşməsi xalq diplomatiyası nümunəsi deyil. “Bu, Azərbaycanla Ermənistan arasında Minsk qrupu çərçivəsində aparılan danışıqların tərkib hissəsidir ”, – M.Qurbanlı qeyd edib.

O, qərb dövlətlərinin Krım, Abxaziya, Cənubi Osetiya və Dnestryanı münaqişələrə münasibətdə ikili mövqeyini tənqid edib.

303 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Mübariz Qurbanlı: “Azərbaycanın fəaliyyəti müstəqilliyə, beynəlxalq hüquqa və ədalətlə söykənir”

19 Haziran 2014

By
@
backtotop