Gəncədə müxbir həbs edilib

ersad
Bu gün Gəncə şəhər Nizami rayon məhkəməsinin qərarı ilə müxbir Ərşad İbrahimov barəsində həbs-qətimkan tədbiri seçilib. Bu barədə Turan-a müxbirin əmisi Kamran Həşimli xəbər verib.

Onun sözlərinə görə, Kəlbəcər rayon təhsil şöbəsinin keçmiş müdiri Məhəmməd Bağırovun qanunsuz hərəkətləri ilə bağlı araşdırma yazısı və video yayandan sonra müxbirə qarşı təzyiqlər başlayıb. Məhəmməd Bağırovun özü barədə də Baş Prokurorluğun Korrupsiya İdarəsində korrupsiya faktları ilə bağlı cinayət işi açılıb.

Video və yazı dərc edildikdən sonra Ərşad İbrahimovun təhsil şöbəsinin keçmiş müdirinin yaxınlarından 30 min manat tələb etməsi ilə bağlı iddia qaldırılıb. Nəhayətdə Gəncə şəhər Nizami rayonunun Polis İdarəsi müxbirin şahidlərə təzyiq etməsi ilə bağlı məhkəməyə məktub göndərib. Məhkəmə də bunu əsas gətirərək Ərşad İbrahimov barəsində həbs qətimkan tədbiri seçib. Hansı ki, məhkəmədə ilkin dindirmə zamanı həmin şahidlər Ərşad İbrahimov tərəfindən təzyiqə məruz qaladıqlarını bildirib”.

Müxbirin Ramiz adlı vəkili mətbuata məlumat verməyəcəyini bildirib. O, Turan-ın müxbiri ilə telefon söhbətində müdafiə etdiyi şəxsin Cinayət Məcəlləsinin hansı maddəsi ilə ittiham olunduğu barədə belə məlumat verməyib.

Ərşad İbrahimov Azadlıq qəzetinin bölgə müxbiri olub, moderator.az və avropa.info saytları ilə əməkdaşlıq edir.

278 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Gəncədə müxbir həbs edilib

18 Haziran 2014

By
@
backtotop