Hilal Məmmədovun hüquqlarını Müdafiə Komitəsi Ali Məhkəməyə müraciət edib

484054_438233
Ötən gün “Tolışi sədo” qəzetinin redaktoru, 5 il azadlıqdan məhrum edilmiş Hilal Məmmədovun hüquqlarını Müdafiə Komitəsinin iclası olub.

İyunun 25-də Ali Məhkəmədə H.Məmmədovun şikayətinə baxılması ilə əlaqədar Komitə ictimaiyyətə və Ali Məhkəməyə müraciət etmək qərarına gəlib. Bu barədə Turan-a Komitənin sədri, Helsinki Vətəndaş Assambleyasının həmsədri Arzu Abdullayeva bildirib.

Ali Məhkəmənin sədri Ramiz Rzayevə və H.Məmmədovun işinə baxacaq hakimlərə müraciətdə müəlliflər işə ədalətli və obyektiv baxılmasını xahiş edirlər.

Komitə həmçinin ictimaiyyətə müraciət edərək redakrotun günahsızlığını bildirir, H.Məmmədovu dəstəkləməyə çağırır.

Komitə H.Məmmədovun səhhətindən narahatlığını bildirir. O, bronxial astmadan əziyyət çəkir və 17 saylı koloniyada vərəm yayıldığı üçün vərəmə tutulmaq riskinə məruzdur.

*Hilal Məmmədov 2012-ci il uyunun 21-də həbs edilib. 2013-cü il sentyabrın 27-də 5 il müddətinə azadlıqdan məhrum olunub. O, dövlətə xəyanətdə, millətlərarası ədavətin qızışdırılmasında və narkotik maddə alverində təqsirli bilinib.

452 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Hilal Məmmədovun hüquqlarını Müdafiə Komitəsi Ali Məhkəməyə müraciət edib

18 Haziran 2014

By
@
backtotop