R.Mirqədirovun vəkilləri Strasburq Məhkəməsinə müraciət edəcəklər

Copy-of-rauf-mirqedirov-0021-005
İyunun 17-də Bakı Apellyasiya Məhkəməsində (BAM) Camal Ramazanovun sədrliyi ilə “Zerkalo” qəzetinin icmalçısı Rauf Mirqədirovun apellyasiya şikayətinə baxılıb.

Şikayət jurnalistin müstəntiqin onun yanına notarius buraxmaqdan imtina etməsi ilə bağı şikayətini təmin etməyən Nəsimi rayon məhkəməsinin qərarından verilib.

Vəkil Elmar Süleymanov Turan-a bildirib ki, müdafiə tərəfin BAM hakim heyətinin tərkibinə etiraz edib, belə ki, məhz bu hakimlər kobud prosessual pozuntulara yol verərək, Mirqədirovun qanunsuz həbsi ilə bağlı şikayəti təmin etməyiblər.

Daha sonra müdafiə tərəfi prokuror Vasif Kərimova etiraz edib və prosessual nəzarəti həyata keçirən prokurorun, yəni baş prokurorun müavini Rüstəm Usubovun prosesdə iştirakında israr edib.

Lakin müdafiə tərəfə bildirilib ki, prokurorluq istənilən prokuroru məhkəməyə göndərə bilər.

Daha sonra müstəntiq Ləmbəranski Mirqədirovun yanına notarius buraxılmasının qadağan edilməsi haqqında qərarını müdafiə edib.

Mirqədirov özü bildirib ki, prokurorluğun onu Türkiyə məhkəməsinə müraciət etmək hüququndan məhrum edən qərarı Azərbaycanda prokurorluğa və məhkəməyə təzyiq olduğunu göstərir.

Bu qərar Azərbaycanın imicina ziyan vurur, belə ki, vətəndaşın məhkəməyə müraciət etmək hüququndan məhrum edilməsi son 10-15 ildə AŞ məkanında görünməmiş hadisədir.

Bununla belə, BAM birinci instansiya məhkəməsinin jurnalistin yanına notarius buraxılmaması ilə bağlı qərarını qüvvədə saxlayıb.

İndi müdafiə tərəfi Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək.

* Rauf Mirqədirov Türkiyədə saxlanılarkən onun hüquqları pozulub. Onun maraqlarının müdafiəsi üçün vəkil tutmaq üçün yazılı müraciət olmalıdır. Lakin hakimiyyət türk vəkillərin tutulması məqsədilə etibarnamə tərtib edilməsi üçün notariusu jurnalistin yanına buraxmır.

281 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

R.Mirqədirovun vəkilləri Strasburq Məhkəməsinə müraciət edəcəklər

17 Haziran 2014

By
@
backtotop