Metyu Brayza: “Rusiya Qafqazda disbalans yaradır”

D1B81258-D22F-45E7-81FA-26136A1A2395_mw1024_s_n
Bakıda NATO Parlament Assambleyasının “Cənubi Qafqaz: çağırışlar və imkanlar” adlı 86-cı “Rose Routh” seminarı davam edir.

Forumun seksiyalarının birində ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza çıxış edib. O deyib ki, ABŞ və Azərbaycan regional, enerji təhlükəsizliyi, həmçinin beynəlxalq terrorizmə qarşı qlobal mübarizə üzrə dialoqu gücləndirirlər.

“Azərbaycan Avropa İttifaqı ilə saziş bağlayıb və bu da bu ölkənin humanitar sahədə bütün layihələrə qoşulma imkanlarını və bətabərhüquqlu münasibətləri nəzərdə tutur. Avropaya TAP və TANAP qaz kəmərlərinin çəkilişinə dair dəqiq qrafik var ki, bu da sizin dövlət müstəqilliyinizi möhkəmləndirəcək”, – Brayza vurğulayıb.

O, Azərbaycanda bir çox xalqların və dini icmaların dinc yanaşı yaşamasını və qarşılıqlı anlaşmasını ermənilərə nümunə göstərib. O, həmçinin hakimiyyətin dözümlülüyünü qeyd edib və buna misal olaraq hüquq müdafiəçisi Leyla Yunusun seminar zamanı siyasi məhbusları müdafiə edən etiraz aksiyası keçirdiyini göstərib. Eyni zamanda o, ölkədə demokratiya baxımından hər şeyin qaydasında olmamasına da işarə edib.

“Ölkə rəhbərliyi beynəlxalq təşkilatlar qarşısındakı öhdıliklərini yerinə yetirərkən daxili siyasət sahəsində bəzi məsələlərin üzərində işləməlidir”, – o vurğulayıb.

Qarabağ mövzusuna toxunan Brayza danışıqlara Dağlıq Qarabağ nümayəndələrinin cəlb olunması ilə bağlı erməni tərəfinin təşəbbüsünü “yalnış” adlandırıb.

Buna misal kimi o, Gürcüstanla bağlı Cenevrə danışıqlarında Rusiya XİN tərəfindən “idarə olunan” Abxaziya və Cənubi Osetiya icmalarını göstərib. Belə ki, “güzəstə getməyən separatçıların yeganə məqsədi istənilən razılaşmanı pozmaq olub”.

“Qarabağ münaqişəsinin həllini ləngitmək olmaz. Çünki bu, mühüm regional layihələrə əngəl törədir və Kiprdə olduğu kimi 40 illik problemin analoquna çevrilmək təhlükəsi yaradır. Belə ki, hər iki hissənin əhalisi mövcud vəziyyətlə barışıblar və heç nəyi dəyişmək istəmirlər”, – o qeyd edib.

Brayzanın sözlərinə görə, Cənubi Qafqazda sabitliyi pozan amil Rusiyanın regional disbalansa yönələn mövqeyidir. O, İranla birlikdə Azərbaycana “təzyiq göstərir”, ölkəni Avropa məkanına inteqrasiya prosesindən və Avropa dəyərlərindən uzaqlaşdırmaq istəyir.

210 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Metyu Brayza: “Rusiya Qafqazda disbalans yaradır”

17 Haziran 2014

By
@
backtotop