Bakıda İslam Əməkdaşlıq Təşkilatı əmək nazirlərinin Rəhbər Komitəsinin iclası keçirilir

загруженное
Bu gün Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) əmək nazirlərinin ikinci konfransının qərarına əsasən təsis edilmiş əmək, məşğulluq və sosial müdafiə ilə bağlı çərçivə sənədinin icrası üzrə Rəhbər Komitənin iclası başlayıb. Bu barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

İki gün davam edəcək iclasda komitəyə üzv ölkələrin aidiyyəti dövlət qurumlarının yüksək səviyyəli rəsmiləri, İƏT-in katibliyi və tabe qurumların, Beynəlxalq Əmək Təşkilatının nümayəndələri iştirak edirlər.

İclasda əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlığı nəzərdə tutan çərçivə sənədinin icrası məqsədilə hazırlanan Fəaliyyət Planı müzakirə edilir.

İƏT-in əmək nazirlərinin əmək, məşğulluq və sosial müdafiə məsələləri üzrə çərçivə sənədi təşkilata üzv ölkələr arasında həmin sahələrdə uzunmüddətli əməkdaşlıq prioritetlərini nəzərdə tutur. Rəhbər Komitəyə 2015-ci ilədək Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sədrlik edir.

181 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Bakıda İslam Əməkdaşlıq Təşkilatı əmək nazirlərinin Rəhbər Komitəsinin iclası keçirilir

17 Haziran 2014

By
@
backtotop