İlham Əliyev Aİ-yə təklif edib ki, Azərbaycanı modernləşdirsin

387F7B06-DACB-4203-B5B0-AAB9B823D21F_mw1024_s_n
Avropa İttifaqı və Azərbaycan strateji medernləşmə üzrə tərəfdaşlıq barədə saziş imzalanmasının sürətləndirilməsi barədə razılıq əldə edib, deyə, İTAR-TASS bildirir.

“Prezident İlham Əliyevlə görüşdə vacib qərarlar qəbul etdik. Onlardan biri Avropa İttifaqı və Azərbaycan arasında yeni saziş üzrə işin sürətləndirilməsidir. Bu, strateji medernləşmə üzrə tərəfdaşlıq barədə sazişdir, həm Azərbaycan, həm də Aİ üçün vacibdir”, – deyə Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu jurnalistlərə bildirib. O, əminlik ifadə edib ki, sənəd tezliklə Brüsseldə imzalanacaq.

Barrozu qeyd edib ki, Avropa İttifaqı və Azərbaycan enerji sahəsində uğurla əməkdaşlıq edir. “Üç il əvvəl Cənub qaz dəhlizi layihəsi üzrə işə başladıq. O həm siyasi, həm də enerji təhlükəsizliyi cəhətdən vacibdir”, – deyə o bildirib. Eyni zamanda o, qeyd edib ki, əməkdaşlıq energetika ilə məhdudlaşmır. “Biz Azərbaycanın ən böyük ticari tərəfdaşıyıq – ölkənin xarici ticarət dövriyyəsinin 42%-i Aİ-nin payına düşür. Azərbaycanla əməkdaşlıq başqa sahələri də əhatə edir”, – deyə Barrozu əlavə edib. Onun sözlərinə görə, bütün Avropa proqramları Azərbaycan üçün açıqdır. “Bütün sahələrdə, o cümlədən təhsil və səhiyyə üzrə layihələr nəzərdə tutulur”, – deyə o qeyd edib.

Avropa Komissiyasının prezidenti əmindir ki, uğurla əməkdaşlıq edilə biləcək çoxlu sahələr var. Barrozu bəyan edib ki, “Azərbaycan qlobal səviyyədə siyasi dialoqda çox konstruktiv rol oynayır”.

Öz növbəsində Əliyev qeyd edib ki, Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycan üçün prioritetdir. «Bu əlaqələrin uğurlu inkişafından məmnunam. Sizin dəstəyiniz sayəsində ciddi şəkildə irəliləmişik». Əliyev əminliyini bildirib ki, Avropa Komissiyasının prezidentinin səfərindən sonra bu əməkdaşlıq daha da genişlənəcək və daha çox sahələri əhatə edəcək. «Azərbaycan Avropa İttifaqı ilə maksimum yaxınlaşmaq istəyir. Bu, bizim üçün strateji vacib məsələdir və əlaqələrimizin böyük potensialı var», deyə o bildirib. Azərbaycan üçün aktual olan insan haqları mövzusuna toxunan Əliyev deyib ki, fundamental azadlıqların təmin edilməsi hökumətin başlıca prioritetlərindəndir. «Bu gün biz Azərbaycanda siyasi islahatlarla və demokratikləşmə prosesi ilə bağlı vəziyyəti müzakirə etdik. Fundamental azadlıqların təmin edilməsi hökumətimizin başlıca prioritetlərindəndir. Çünki biz ölkəmizin müasirləşməsini həyatımızın bütün sahələrinin müasirləşməsi ilə bağlayırıq».

304 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

İlham Əliyev Aİ-yə təklif edib ki, Azərbaycanı modernləşdirsin

16 Haziran 2014

By
@
backtotop