ADİHİ: “Azərbaycanda illərdir mövcud olmuş tolerantlıq mühitinin zəiflədiyini müşahidə edirik” – Müsahibə

saharAzərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov İranın “Səhər 1” televiziyasına müsahibə verib

İyun ayının 14-də İran İslam Respublikasının “Səhər 1” televiziyasında efirə gedən “Azad Arena” proqramının qonağı olan ADİHİ rəhbəri Əhməd Şahidov Azərbaycanda dini etiqad azadlığının vəziyyəti, ölkədəki tolerantlıq mühiti və həbs olunmuş dindarların hüquqlarının müdafiəsi barədə danışıb.

ADİHİ rəhbəri bildirib ki, Azərbaycanda müxtəlif dini konfessiyalar fəaliyyət göstərsə də, İslam dini hər zaman üstün mövqe tutub. Əhalinin 95 faizindən çoxu İslam dininə etiqad edir. İslam daxili məzhəblərə gəldikdə isə azərbaycanlıların çoxu (təqribən 65 faizi) şiələrdir. Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinə əsasən, hər bir şəxs vicdan azadlığı hüququna malikdir. Konstitusiyanın 18-ci maddəsinin 1-3 bəndlərində açıq şəkildə göstərilir ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır, bütün dini etiqadlar qanun qarşısında bərabərdir, insan şəxsiyyətini alçaldan, insanlıq prinsiplərinə zidd olan dinləri yaymaq və təbliğ etmək qadağandır.

Azərbaycanda dini etiqad azadlığının bugünkü durumu barədə danışan Əhməd Şahidov bildirmişdir ki,  bir çox dini icmalar və DEVAMM kimi dini etiqad azadlığı ilə məşğul olan QHT-lərin qedyiyyata alınmaması, məscidlərin bağlanması, bir çox dindarların müxtəlif ittihamlarla həbsə atılması, xüsusən də qeyri-ənənəvi cərəyanlara aid olan müsəlman və protestant xristian qruplarının təqib olunması,  baş örtüsünə qoyulan qadağa, dini ədəbiyyata senzura, alternativ hərbi xidmətin hələ də tətbiq olunmaması  kimi hökumətin atdığı adıdmlar ölkənin beynəlxalq qurumlar qarşısında götürdüyü öhdəliklərə cavab vermir.

Bugün Azərbaycanda dini etiqad sahəsində təbliğat aparan onlarla dindarın həbsdə olması, onlara işgəncələr verilməsi barədə xəbərlər aldıqlarını bildirən Əhməd Şahidov bütün bunların ADİHİ-ni narahat etdiyini bildirmişdir.

Dini etiqad azadlığı sahəsində digər bir məsələyə diqqəti çəkən ADİHİ rəhbəri Azərbaycanda illərdir müşahidə olunan tolerantlıq mühitinin artıq zəiflədiyindən söz açmışdır. Onun sözlərinə görə, ökədə İslam dininə ibadət edən ayrı-ayrı məzhəblər arasında mütəmadi toqquşmalar baş verməkdədir və bu tendensiya hələ ki, sosial şəbəkələrdə mübahisələr formasında müşahidə olunur. Dünyada baş verən son hadisələr fonunda regiondakı dini məzhəblər arasında da narazıçılıq meylləri qızışmaqdadır ki, bu da Azərbaycanda illərdir mövcud olmuş dini tolerantlıq və dözümlülük dəyərlərinin sıradan çıxmasına, habelə bu sahədə insan haqlarının kobudcasına pozulmasına gətirib çıxara bilər.

337 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

ADİHİ: “Azərbaycanda illərdir mövcud olmuş tolerantlıq mühitinin zəiflədiyini müşahidə edirik” – Müsahibə

15 Haziran 2014

By
@
backtotop