Svante Kornell: “Amerika Qarabağ münaqişəsinin nizamlanmasında rolunu artırmalıdır”

0
Dağlıq Qarabağda münaqişə nizamlanmamış qalır və Krım böhranının nəticələri baxımından ABŞ-ın maraqları üçün hər zamankından daha təhlükəli və aktualdır. Bu barədə Con Hopkins Universitetinin Beynəlxalq Araşdırmalar Məktəbinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun direktoru Svante Kornell öz məqaləsində yazır. Onun məqaləsini The Christian Science Monitor dərc edir.

Əgər Krım “dondurulmuş münaqişələr”dən ən sonuncusudursa, Dağlıq Qarabağ postsovet məkanında -Cənubi Osetiya, Abxaziya, Dnestryanı bütün ərazi mübahisələrinə nümunədir.

“Krımla bağlı olduğu kimi, Qarabağ münaqişəsində də mübahisəli tarixə, ziddiyyətli statusa və qonşu dövlətlə əlaqəni hiss edən əhaliyə malik ərazi diqqət mərkəzində olub”, – Kornell yazır. Lakin Krımda olduğu kimi, Qarabağ münaqişəsi də heç zaman yalnız yerli əhali ilə məhdudlaşmayıb. Münaqişədə hər zaman üçüncü tərəf – Moskva iştirak edib. O, ilk gündən münaqişənin yekunlarının müəyyən edilməsində əsas rol oynayıb.

“Bu günədək Rusiyanın siyasəti iki ölkə arasında idarə olunmayan qeyri-sabitliyin dəstəklənməsindən ibarət olub: onlar münaqişədən Ermənistan üzərində nəzarətin möhkəmləndirilməsində və qərbyönlü Azərbaycanın zəiflədilməsində istifadə edirlər.

Müəllifin fikrincə, münaqişəni “dondurulmuş” adlandırmaqla biz yalnış təhlükəsizlik hissi yaradırıq: “Hər il yeni müharibə riski artır. Doğrusu, bu qarşıdurma yeni Kəşmirə və ya “soyuq müharibə” dövləri olan Fələstin-İsrail münaqişəsinə çevrilməyə doğru gedir.

“Bu yeni müharibə ucqar bir yerdə baş verməyəcək: Qarabağ münaqişəsi Avrasiyanın yolayırıcında, aparıcı dövlətlərin sərhədində baş verir.

Hələ 1992-ci ildə ATƏT münaqişənin dinc yolla nizamlanması üçün Minsk Qrupunu yaradıb. Qrupun həmsədrləri ABŞ, Fransa və Rusiyadır.

“Əgər ABŞ həqiqətən Putinin qarşısını almaq istəyirsə bu cür fəaliyyəsizlik yaramaz. Məlum səbəblərə görə administaiya hələlik diqqətini Ukraynaya və Rusiyaya qarşı sanksiyalara yönəldib. Lakin gələcəkdə Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə nizamlanmasında ABŞ-ın birbaşa iştirakının gücləndirilməsi təkcə Amerikanın maraqlarının qorunması üçün yox, həm də Putini müdafiəyə keçməyə məcbur etmək üçün mühüm addım olacaq. Bu, asan olmayacaq. Lakin bu çağırışı qəbul etmək iqtidarında olmamaq Amerikanı zəif görünməyə vadar edir ki, bu da Putinin xeyrinədir”, – Kornell vurğulayıb.

306 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Svante Kornell: “Amerika Qarabağ münaqişəsinin nizamlanmasında rolunu artırmalıdır”

14 Haziran 2014

By
@
backtotop