Anar Məmmədli və Bəşir Süleymanlı hakimə müraciət etdi

img1540238
İyunun 13-də vəkil Fariz Namazlı Bakı İstintaq Təcridxanasında saxlanılan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli və mərkəzin icraçı direktoru məhbus Bəşir Süleymanlı ilə görüşüb.

Vəkilin dediyinə görə, müdafiə etdiyi hər iki şəxs saxlanma şəraitindən şikayət etməyiblər. F.Namazlı bildirdi ki, Anar Məmmədli və Bəşir Süleymanlı məhkəmə iclas protokolları ilə tanış olmaq üçün işə baxan Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rauf Əliyevə müraciət ediblər.

Mayın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində Anar Məmmədliyə, Bəşir Süleymanlıya və Elnur Məmmədova hökm oxunub. Anar Məmmədli 5 il 6 ay, Bəşir Süleymanlı 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Elnur Məmmədov isə 3 il 6 ay şərti həbs cəzası alıb.

299 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Anar Məmmədli və Bəşir Süleymanlı hakimə müraciət etdi

14 Haziran 2014

By
@
backtotop