Abgül Süleymanovun işindən şikayət verilir

abgul 1
İyunun 12-də vəkil Cavad Cavadov Bakıdakı 8 saylı Cəzaçəkmə Müəssisəsində ruhani Abgül Süleymanovla görüşüb.

Abgül Süleymanov 2011-ci ilin avqust ayında həbs olunub, 11 il müddətinə azadlıqdan məhrum edilib. Ötən ilin aprel ayında Qaradağ Rayon Məhkəməsi onun 6 ay müddətinə 13 saylı Cəzaçəkmə Müəssisəsindən Qobustan həbsxanasına köçürülməsi haqqında qərar çıxarıb. 2014-cü ilin yanvar ayında ruhani ciddi rejimi ilə tanınan 8 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb.

“Media forum” saytına danışan vəkil bildirib ki, avqustun 1-də Abgül Süleymanovun Qobustan qapalı həbsxanasında saxlanma müddəti bitdiyinə görə o, əvvəl olduğu 13 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüləcək: “Abgül Süleymanovla dünənki görüşdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü haqqında danışdıq. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. Amma apellyasiya qərarından sonra 18 ay ərzində kassasiya şikayəti vermək hüququmuz var, bu hüquqdan istifadə edib Ali Məhkəməyə müraciət edəcəyik”.

282 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Abgül Süleymanovun işindən şikayət verilir

14 Haziran 2014

By
@
backtotop